#Adil Kərimli Yüksəliş müsabiqəsinin qalibi Səbuhi Göyüşovla görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 14-də dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi, “PAŞA Həyat” Sığorta Şirkəti Hüquq departamentinin direktoru Səbuhi Göyüşovla görüşüb. Səbuhi Göyüşovu salamlayn nazir “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunan müsabiqə Azərbaycanın intellektual və peşəkar potensialının üzə çıxarılması baxımından çox əhəmiyyətli platformadır. Sürətlə inkişaf edən respublikamızda bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində yeni nəsil idarəçilərə ehtiyac var.