Suriya–Azərbaycan Dostluq Cəmiyyətinin sədri, doktor Muxtar Fateh Bi Dilinin qələmə aldığı məqalədə vurğulanır ki, son onilliklər ərzində Azərbaycan–Suriya münasibətləri siyasi və iqtisadi durğunluq, hətta qopma mərhələsindən keçib. Bu vəziyyət xalqlar arasında fikir ayrılıqlarından deyil, daha çox keçmiş Suriya rejiminin – diktator Bəşər Əsəd dövründə yürüdülən siyasətin birbaşa nəticəsi olub. Həmin hakimiyyət Azərbaycanın Qarabağ bölgəsində torpaqlarının işğalı zamanı Ermənistanı siyasi baxımdan dəstəkləməklə suverenlik və ərazi bütövlüyü prinsiplərini açıq şəkildə gözardı edib və bu, iki xalqın maraqları ilə ziddiyyət təşkil edib.