Amerika Birləşmiş Ştatları 15 və 16 aprel (çərşənbə və cümə axşamı) tarixlərində Suriyadakı sonuncu hərbi bazası olan, ölkənin şimal-şərqindəki Haseke əyalətində yerləşən "Qəsrik" bazasını boşaltdı. Bununla da Vaşinqton bir vaxtlar sayca otuza çatan hərbi bazaları ilə Suriyada on ildən artıq davam edən mövcudluğuna son qoydu. "Qəsrik" bazasının təxliyə edilməsi həm Vaşinqton, həm də Dəməşq tərəfindən iki dövlət arasındakı münasibətlərdə yaxın gələcəkdə cizgiləri daha aydın görünəcək yeni bir mərhələyə keçidin elanıdır.
#Vaşinqton
İran Xarici İşlər nazirinin müavini bölgədəki hərbi-siyasi vəziyyət və Vaşinqtonla aparılan danışıqlar barədə geniş bəyanatla çıxış edərək, ABŞ-ın diplomatik səylərə xələl gətirdiyini bildirib. Nazir müavini Hörmüz boğazında naviqasiyanın asanlaşdırılmasına hazır olduqlarını, lakin Amerika tərəfinin ziddiyyətli mövqe nümayiş etdirdiyini vurğulayıb.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazı ilə bağlı açıqlama verərək, keçid qaydalarının sosial şəbəkələrdə deyil, real şəraitdə müəyyənləşdiyini bildirib. O vurğulayıb ki, boğazın açılıb-bağlanması və keçid rejimi “sosial mediada deyil, sahədə formalaşır”.
ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə olunmaması halında ölkəyə qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyini bildirib. O, İranın zənginləşdirilmiş uranının ölkədən çıxarılması məsələsinə toxunaraq ABŞ-nin bu prosesdə birbaşa iştirak edəcəyini qeyd edib:
ABŞ və İran arasında yeni danışıqların keçirilməsi planlaşdırılır. Bildirilir ki, həm İran, həm də ABŞ nümayəndə heyətləri danışıqlar üçün Pakistan paytaxtında bir araya gələcək. Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumlar fonunda regionda gərginlik artmış, daha sonra 8 apreldə tərəflər arasında atəşkəs əldə olunmuşdu.
Pakistanın ordu komandanı Tehranda İran rəsmiləri ilə görüşərək ABŞ və İran arasında danışıqların yenidən başlanmasına nail olmaq üçün vasitəçilik səylərini davam etdirir. Qeyd olunub ki, Vaşinqton İran üzərinə iqtisadi təzyiqi artırmaq niyyətindədir və yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu addım ABŞ rəsmiləri tərəfindən “maliyyə baxımından bombardman ekvivalenti” kimi qiymətləndirilir.
İran rəhbərliyi regiondakı gərginlik fonunda növbəti sərt mesajını verib. Məlumata əsasən, o, bu fikirləri Tehranda təcili xidmətlər mərkəzinə səfəri zamanı səsləndirib və beynəlxalq münasibətlərdə ikili standartları tənqid edib. Qeyd olunub ki, Pezeşkian ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını beynəlxalq hüquqa zidd adlandırıb və mülki əhalinin hədəfə alınmasını pisləyib.
ABŞ və Çin arasında ticarət gərginliyi yenidən artır. Məlumata əsasən, Pekin ABŞ mediasında Çinin İrana hərbi dəstək verdiyi barədə yayılan məlumatları qəti şəkildə təkzib edib və bu iddiaları əsassız adlandırıb. Qeyd olunub ki, Çin tərəfi ABŞ-ın bu ittihamlar əsasında tarifləri artıracağı təqdirdə adekvat qarşılıq verəcəyini bildirib.
“ABC News”un ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, vasitəçilər Vaşinqton və Tehran arasında danışıqları yenidən düzgün məcraya yönəltmək üçün intensiv fəaliyyət göstərirlər. Mənbələrin bildirdiyinə görə, vasitəçilər atəşkəsin başa çatmasından əvvəl yeni bir danışıqlar raundunun keçirilməsinə ümid edirlər.
Vatikan rəhbəri Papa XIV Leo ABŞ Prezidenti Donald Trampın sərt tənqidlərinə münasibət bildirib. Qeyd olunub ki, Papa müharibələrin dayandırılması, dialoqun gücləndirilməsi və çoxtərəfli əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. O, günahsız insanların həyatını itirməsinin qəbuledilməz olduğunu qeyd edib.
Böyük Britaniyanın baş naziri Kir Starmer Hürmüz boğazı ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb. Baş nazir beynəlxalq dəniz keçidinin açıq qalmasının vacibliyini vurğulayaraq son həftələrdə bütün səylərin bu istiqamətə yönəldiyini qeyd edib. Bildirilib ki, Britaniya regionda hərbi imkanlarını əsasən boğazın təhlükəsiz və açıq saxlanmasına yönəldib. Bununla yanaşı, Starmer qeyd edib ki, ölkəsinə müharibəyə qoşulmaq üçün təzyiqlər olsa da, yalnız hüquqi əsas və dəqiq plan olduqda belə qərar qəbul edilə bilər.
İran ABŞ-nin “dəniz ablukası” ilə bağlı bəyanatlarından sonra bölgədəki limanların təhlükəsizliyi ilə bağlı sərt mövqe ortaya qoyub. Məlumata əsasən, Zülfiqari qeyd edib ki, İran öz ərazi sularında təhlükəsizliyi təmin etməkdə qərarlıdır. O bildirib ki, ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçidinə icazə verilməyəcək, digər gəmilər isə koordinasiya əsasında hərəkət edə biləcəklər.