#Vaşinqton

Ağ Ev bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp yeni icra əmri imzalayıb. Sənədə əsasən, Qətərin ərazisinə, suverenliyinə və ya həyati infrastrukturuna qarşı edilən hər hansı hücum ABŞ-ın milli təhlükəsizliyinə birbaşa təhdid sayılacaq. Ağ Evin açıqlamasında vurğulanıb ki, Vaşinqton belə bir addımı yalnız Körfəz bölgəsinə qarşı deyil, həm də ABŞ-ın sülh və təhlükəsizliyinə qarşı yönəlmiş hücum kimi qəbul edəcək.

Fələstin rəhbərliyi ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi “Qəzza Münaqişəsini Sonlandıracaq Genişmiqyaslı Plan”ı müsbət qarşılayıb. Fələstin Dövlət Prezidentliyinin yazılı açıqlamasında bildirilib ki, Trampın Qəzzadakı müharibənin dayandırılması istiqamətində göstərdiyi təşəbbüs məmnuniyyətlə qarşılanır.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) müdafiə sənayesi şirkətlərindən ehtimal olunan Çinlə münaqişə ssenarisinə hazırlıq məqsədilə raket istehsalını iki və ya dörd dəfə artırmağı tələb edib. Pentaqon ən çox tələbat olan 12 əsas silah sisteminin istehsalına xüsusi diqqət yetirilməsini istəyir. Bu məsələ yüksək səviyyəli görüşlərdə Pentaqon rəhbərliyi ilə ABŞ-ın aparıcı raket istehsalçılarının rəhbərləri arasında müzakirə olunub.

ABŞ Prezidenti Donald Trump, Vaşinqtonda federal edam cəzasının tam şəkildə tətbiqi üçün fərman imzalayıb. Ağ Evdən verilən açıqlamada, federal prokurorların bölgədəki uyğun işlərdə edam cəzası tələb edə biləcəyi vurğulanıb. Eyni zamanda baş prokuror və Vaşinqton bölgə prokuroruna, Vaşinqtonda törədilən və edamı tələb edən cinayətlərdə federal ədalət hakimiyyətindən maksimum səviyyədə istifadə etmələri tapşırılıb. “Prezident Trump, DC-də (Vaşinqton) ən ağır cinayətkarlarə qarşı edam cəzası qanununu tətbiq etməklə, ölkəmizin paytaxtını ziyarət edən və orada yaşayan bütün amerikalılar üçün təhlükəsizlik və cinayətkarların qanun qarşısında ən sərt nəticələrlə üzləşməsini təmin etmək əzmində olduğunu göstərir.” - deyə açıqlamada qeyd edilib.

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə əlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrin parlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar.

BMT Baş Assambleyasının 80 illik yubiley sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Liderlər iki ölkə arasındakı strateji əməkdaşlığın genişləndirilməsi və gündəmdəki beynəlxalq məsələləri müzakirə ediblər.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Ev görüşü öncəsi mühüm enerji razılaşmasının imzalandığını açıqlayıb. Razılaşmaya əsasən, 2026-cı ildən başlayaraq hər il təxminən 4 milyard kubmetr, ümumilikdə isə 70 milyard kubmetr təbii qaz ekvivalenti LNG Türkiyəyə gətiriləcək. LNG həm ABŞ-dakı yükləmə terminallarından, həm də Türkiyə, Avropa və Şimali Afrikadakı qazlaşdırma mərkəzlərindən təhvil veriləcək.