#Vaşinqton

ABŞ administrasiyası 14 ildən sonra Suriyada diplomatik fəaliyyətini bərpa etməyə hazırlaşır. Fevralın 10-da göndərilən rəsmi bildirişdə planlaşdırma xərclərinin 15 gün ərzində başlanacağı göstərilsə də, səfirliyin nə vaxt tam fəaliyyətə başlayacağı və ABŞ diplomatlarının Dəməşqə daimi qayıdışının konkret vaxtı açıqlanmayıb.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğunu və Moskvanın bu addımları qəbul etməyəcəyini bəyan edib. Vladimir Putin Moskvada Bruno Rodriguez ilə görüşündə ABŞ-ın yeni məhdudiyyətlərini şərh edərək bildirib ki, Rusiya Kubanın müstəqillik və öz inkişaf yolunu seçmək hüququnu daim dəstəkləyib.

ABŞ hərbi rəhbərliyi Donald Trampa İrana mümkün zərbələrin ən tez şənbə günündən həyata keçirilə biləcəyi barədə hazır olduqlarını məruzə edib. Rəsmilər anonimlik şərti ilə bildiriblər ki, ABŞ Prezidenti hələlik İrana zərbə endirilməsi ilə bağlı yekun qərar verməyib. Müzakirələr dinamik xarakter daşıyır və Ağ ev eskalasiyanın risklərini, eləcə də siyasi və hərbi nəticələri dəyərləndirir.

Almaniya kansleri Fridrix Merts Ukrayna münaqişəsinin yaxın zamanda danışıqlar yolu ilə başa çatmasının real görünmədiyini bildirib. Onun sözlərinə görə, “bu müharibə yalnız iki tərəfdən biri hərbi və ya iqtisadi baxımdan tükənəndə sona çata bilər”. Kansler qeyd edib ki, münaqişənin sürətli şəkildə danışıqlar yolu ilə həllinə böyük ümidlər görmür.

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək. Hakan Fidan toplantıya Rəcəb Tayyib Ərdoğan-ı təmsil edərək qatılacaq. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin təsisçi üzvlərindən olduğu Sülh Şurasının ilk iclasında nazir regional sülh və Qəzzanın gələcəyi ilə bağlı Ankaranın prinsipial mövqeyini beynəlxalq ictimaiyyətə çatdıracaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı mümkün hərbi eskalasiyanın region üçün ciddi risklər yaradacağını bildirib. Türkiyə lideri qeyd edib ki, son olaraq İran Prezidenti ilə görüş keçirib, növbəti gün isə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparıb. Bu təmaslarda regional gərginliyin azaldılması və mümkün diplomatik yol xəritəsi müzakirə olunub.

BAKI,AzerVoice, Fərid Mikayılov ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Macarıstanın Baş naziri Viktor Orbanı Donald Trampın siyasi təsiri altında olan siyasətçi kimi qiymətləndirərək seçiciləri ona qarşı səs verməyə çağırıb. AzerVoice xəbər verir ki, bu barədə Klinton X sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ Prezidenti Donald Tramp Kuba ilə danışıqların aparıldığını bəyan edib. Ağ Evin rəhbəri Kubanı Vaşinqtonla razılaşma əldə etməyə çağırıb və ölkədə iqtisadi vəziyyətin pisləşməsi fonunda humanitar fəlakət riski olduğunu vurğulayıb. Onun sözlərinə görə, embarqo qüvvədə qalır, ölkədə neft və maliyyə çatışmazlığı mövcuddur.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukraynaya təqdim etməyi planlaşdırdığı təhlükəsizlik zəmanətləri ilə bağlı irəli sürdüyü şərtlərlə razı olmadığını açıqlayıb. Zelenski bildirib ki, ABŞ təhlükəsizlik zəmanətləri üzərində işləyir, lakin ilkin mərhələdə ərazi mübadiləsi və ya oxşar məsələlərin həllini şərt kimi irəli sürür. Ukrayna lideri daha əvvəl danışıqlarda Kiyev üçün prioritet məsələnin məhz təhlükəsizlik zəmanətləri olduğunu bildirmişdi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ-a səfər edəcək. Məlumata görə, iclas fevralın 19-na təyin olunub. Qeyd olunur ki, cari ilin yanvar ayında Özbəkistan Prezidenti yeni beynəlxalq qurum olan Sülh Şurasının nizamnaməsini imzalayıb. Bununla da Özbəkistan təşkilatın təsisçi dövlətlərindən biri statusunu qazanıb.

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, Tehran narahatlıqları aradan qaldıracaq ədalətli nüvə danışıqlarına hazırdır. İran rəsmisi vurğulayıb ki, danışıqlar yalnız ədalətli və məntiqi əsasda aparıldığı halda müsbət qiymətləndirilə bilər və proses vaxt uzatma vasitəsinə və ya nüvə çərçivəsindən kənar məsələlərin gündəmə gətirilməsinə çevrilməməlidir.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə proqramı üzrə dolayı danışıqların ikinci raundunda iştirak etmək üçün İsveçrəyə səfər edib. Planlaşdırmaya əsasən, İran və ABŞ arasında ikinci raund dolayı danışıqlar çərşənbə axşamı keçiriləcək və prosesə yenidən Oman vasitəçilik edəcək. Tərəflər arasında ilk raund ötən həftə Maskatda baş tutmuş və hər iki tərəf tərəfindən “yaxşı başlanğıc” kimi qiymətləndirilmişdi.