Amazon-a məxsus Zoox gələn həftə Las-Veqasda ödənişli robotaksi xidmətini işə salacaq. Şirkət ABŞ-də insan idarəetmə elementləri olmayan robotaksilərin kommersiya istifadəsinə icazə alan ilk operatorlardan biridir. Tariflər "komfort" kateqoriyasına uyğun olacaq və məsafə ilə vaxta əsasən hesablanacaq. NHTSA xidmətə məhdud sayda avtomobil üçün icazə versə də, təhlükəsizliklə bağlı əlavə hesabat tələbləri tətbiq edib.
#amazon
İran Bəhreyndə "Amazon" şirkətinə məxsus olduğu bildirilən məlumat mərkəzini vurduğunu iddia edib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat yayıb. İran tərəfi obyektin Amerika ordusuna kəşfiyyat dəstəyi verdiyini irəli sürüb. İddialar dövlət televiziyası vasitəsilə ictimaiyyətə açıqlanıb. "Amazon" şirkəti və Bəhreyn rəsmiləri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər. Hadisə barədə müstəqil təsdiq mövcud deyil. İran bundan əvvəl də eyni obyekti hədəfə aldığını bildirmişdi.
1994-cü il iyulun 5-də Ceff Bezos sonradan dünyanın ən böyük elektron ticarət platformalarından birinə çevriləcək şirkətin əsasını qoyub
ABŞ-da Amazon-un “Prime Day” kampaniyası zamanı onlayn alış-veriş xərcləri 26,4 milyard dolları keçib. Adobe Analytics-in məlumatına görə, bu göstərici ötən illə müqayisədə 9,3 faiz artım deməkdir. İstehlakçılar əsasən elektronika, məişət texnikası və gündəlik tələbat mallarına üstünlük veriblər. Lakin orta sifariş dəyəri 53,34 dollardan 47,66 dollara düşüb. Mütəxəssislər bunu inflyasiya və alıcılıq gücünün azalması ilə əlaqələndirirlər. Endirimlərin ötən illə oxşar səviyyədə qalması da diqqət çəkib. Bu tendensiyanın gələcək alış-veriş mövsümünə təsir edəcəyi gözlənilir. ABŞ istehlakçısının dəyişən davranışı bazarda yeni trendlər yaradır.
Amazon — Yer kürəsinin ən sirli, ən vəhşi və eyni zamanda ən təhlükəli guşələrindən biri hesab olunur. Cənubi Amerika qitəsinin qəlbində döyünən bu nəhəng arteriya, minlərlə kilometr uzanan tropik meşələri və bulanıq suları ilə həm heyranlıq doğurur, həm də daxili bir qorxu hissi yaradır.
Yeni araşdırmalar dünyanın ən böyük tropik meşəsi və biomüxtəliflik baxımından ən zəngin bölgəsi olan Amazonun sürətlə kritik dönüş nöqtəsinə yaxınlaşdığını göstərir. Elm adamlarının fikrincə, iqlim dəyişikliyi və meşələrin qırılmasının təsiri nəticəsində Amazon sulu yağış meşəsindən quru savannaya çevrilə bilər. Bu proses bir əsr ərzində baş verə və bölgədəki ekosistemi köklü şəkildə dəyişdirə bilər.
Amazon şirkətinin baş direktoru Endi Jassy, süni intellektin şirkət daxilində istifadəsinin genişlənməsi ilə gələcəkdə bəzi sahələrdə daha az işçiyə ehtiyac duyulacağını bildirib.