#İran bazarlarında etiraz dalğası: Pezeşkian və məhkəmə hakimiyyəti arasında fərq

ABŞ-ın Virciniya ştatında yerləşən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda 2025-ci il 28 dekabr tarixində başlayan etiraz aksiyalarında həlak olanların sayının 7 min 2 nəfərə çatdığını açıqlayıb. Məlumata görə, ölkənin müxtəlif bölgələrində keçirilən aksiyalar zamanı 52 min 941 nəfər saxlanılıb. Ölənlər arasında 214 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir. HRANA əlavə 11 min 730 hadisənin araşdırıldığını qeyd edib. Agentlik daha əvvəl ölənlərin sayını 6 min 984 nəfər olaraq açıqlamışdı.

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 848-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 41 min 283 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 209 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 848 nəfər həyatını itirib.

İran Məhkəmə Tibb Ekspertizası Qurumunun rəhbəri Abbas Məscidi Arani ölkədəki etirazlar zamanı həyatını itirən etirazçıların əksəriyyətinin silahlı terrorçular tərəfindən hədəf alındığını açıqlayıb. İran dövlət televiziyasına danışan Arani ölənlərin mühüm hissəsinin kəsici alətlərlə həyati orqanlarından zərbə aldığını və ya yaxın məsafədən ov tüfəngləri ilə vurulduğunu iddia edib. O bildirib ki, etirazçıların arasına xüsusi silahlı təlim keçmiş qruplar sızıb və onlar qəsdən nümayişçiləri hədəf alaraq ölüm hallarına səbəb olublar. İran rəsmisi həm mülki şəxslərin, həm də təhlükəsizlik qüvvələrinin ölümünə görə məhz bu "terrorçu qüvvələrin" məsuliyyət daşıdığını vurğulayıb.

Etirazlar Tehranda, xüsusilə “Böyük Bazar” ərazisində genişlənib. Tacirlərin ardıcıl ikinci gündür tətili davam edir, zərgərlik, parça və xalça bölmələrində mağazalar bağlanıb. “15 Xordad” meydanı və zərgərlər bazarı ətrafında metal qapıların endirildiyini göstərən foto və videolar yayılıb; bazara aparan keçid və küçələrdə gücləndirilmiş təhlükəsizlik tədbirləri müşahidə olunur.