İslam məzhəbləri tarixində mötəzilə məzhəbinin qurucusu Vasil ibn Ətanın (v. 131/748) etiqadi fikirlərini qəbul edənlərə verilən ad. Əvvəllər Həsən əl-Bəsrinin tələbəsi olmuş Vasil ibn Əta müəllimi ilə “mürtəkibi- kəbirə”nin (böyük günah işləyən) mömin, yoxsa kafir olduğu mövzusunda mübahisə edərək ondan ayrılmışdır.