Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Nədir / İnanc və terminlər: Dinlərin sirri
    İnanc və terminlər: Dinlərin sirri

    İslam məzhəbləri tarixində vasililik cərəyanı nədir?

    10 Yanvar 2026 13:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İslam məzhəbləri tarixində vasililik cərəyanı nədir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Azərbaycan İslam Ensiklopediyası

    İslam məzhəbləri tarixində mötəzilə məzhəbinin qurucusu Vasil ibn Ətanın (v. 131/748) etiqadi fikirlərini qəbul edənlərə verilən ad. Əvvəllər Həsən əl-Bəsrinin tələbəsi olmuş Vasil ibn Əta müəllimi ilə “mürtəkibi-kəbirə”nin (böyük günah işləyən) mömin, yoxsa kafir olduğu mövzusunda mübahisə edərək ondan ayrılmışdır.
    Vasililik (vasiliyyə) aşağıdakı dörd əsas üzərində qurulmuşdur:
    1. Allahın “həyat”, “elm”, “qüdrət” və “iradə” kimi sifətləri Onun zatından ayrı deyildir.
    2. Allah şər və zülm ehtiva edən hərəkətləri yaratmır. Buna görə də şərin yaradılımasını Allaha aid etmək doğru deyildir.
    3. Böyük günah işləyən (mürtəkibi-kəbirə) nə mömin, nə də kafirdir; o, küfrlə-imanın arasında bir mövqedədir (əl-mənzilə beynəl-mənziləteyn).
    4. Cəməl və Siffin döyüşlərində iştirak edən tərəflərdən biri mütləq xətalıdır, lakin hansının xətalı olduğu bilinmir. Ona görə də onlar haqqında qərarı Allaha həvalə etmək lazımdır.

    #Azərbaycan İslam ensiklopediyası #Vasililik nədir? #vasililik #Vasililik nədir? – İslam Ensiklopediyası #Vasil ibn Əta və vasililik məzhəbinin əsas prinsipləri #Mötəzilə məzhəbi daxilində vasililiyin yeri #Mürtəkibi-kəbirə anlayışı vasililikdə necə izah olunur? #Vasililik hansı ideoloji əsaslar üzərində qurulub? #İslam məzhəbləri tarixində vasililik cərəyanı #Vasil ibn Ətanın Həsən əl-Bəsri ilə ayrılığı nəyə görə baş verdi? #Cəməl və Siffin döyüşlərinə vasililiyin münasibəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Həzrəti Ömər ibn Xəttab: İslam dövlətçiliyinin, idarəçiliyinin və ədalətin böyük memarı

    28 İyun 2026 09:00

    İstanbulun fəthi xristian dünyasında necə qarşılandı?

    29 May 2026 06:00

    Yəhudilik, Xristianlıq və İslamda QÜDS - bir şəhər, üç fərqli baxış

    17 May 2026 21:00

    Düha namazı nədir?

    3 May 2026 15:42

    Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?

    12 Aprel 2026 11:16

    İslamdan əvvəlki 10 Məhəmməd: Bir adın gizli tarixi və mənşəyi

    5 Aprel 2026 19:00

    Zikr haqqında Quranda nə deyilir?

    5 Aprel 2026 10:29

    Münasibətlərdə ən böyük xətanız nədir? Quranın "fayda" meyarı

    3 Aprel 2026 06:16

    Hülagülər dövrünün azərbaycanlı alimi: Mahmud əl-Arraninin iris haqqında nə bilirik?

    22 Mart 2026 12:35

    Əbül-Həsən Əli ibn Mərdək ibn Əbdüləziz Bərdəi: Tanınmış azərbaycanlı mühəddis və tacir

    8 Mart 2026 16:00

    İslamın ilk müəzzini Bilal-i Həbəşinin həyatı: Qul bazarından cənnət bağçalarına

    22 Fevral 2026 12:37

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00
    XƏBƏR LENTİ

    İran ŞƏT Parlament Assambleyasının yaradılmasını təklif edir – Pezeşkian

    İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    Suriyada Əsəd rejiminin iki generalı müharibə cinayətləri ittihamı ilə saxlanılıb

    Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

    Dayanıqlı sülhə doğru Bişkek addımı - Bakı və İrəvan Vaşinqton razılaşmalarını inkişaf etdirməyə davam edir

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.