“Avropa üçlüyünün” (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri Avropa İttifaqının (Aİ) ali diplomatı Kaya Kallasla birlikdə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıblar. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
#nüvə enerjisi
İranın Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ-dan danışıqlara dair mesaj alındığını, lakin Tehran rəhbərliyinin bu məsələ ilə bağlı hələlik qəti qərar vermədiyini bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi, İran dövlət televiziyasına verdiyi müsahibədə gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb. Əraqçi, ABŞ tərəfindən onlara bəzi mesajların çatdırıldığını bildirərək,“Hələ qəti qərar yoxdur. Danışıqların baş tutub-tutmayacağı tamamilə bizim maraqlarımızın nə tələb etdiyindən asılıdır.” - deyə qeyd edib.
Peyk görüntüləri, Rusiyanın Kamçatka bölgəsində 30 iyulda baş verən 8,8 bal gücündəki zəlzələnin episentrinə yaxın ərazidə yerləşən Rıbaçi Nüvə Sualtı Qayıqları Bazasının zərər gördüyünü göstərdi. Mərkəzi ABŞ-da yerləşən Planet Labs PBC şirkətinin təqdim etdiyi və New York Times (NYT) qəzetində yayımlanan peyk görüntüləri, Kamçatkada baş verən zəlzələnin Rusiyaya məxsus strateji əhəmiyyətə malik bazaya təsirlərini üzə çıxardı.
İran hələ də uranı zənginləşdirmək imkanına malikdir və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq üçün yeni bir mexanizmə razılıq verib.
İsrailin keçmiş müdafiə naziri Yoav Gallant İranın ali lideri Əli Xameneiyə hədələyici məktub göndərib.=
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, zənginləşdirilmiş uranın emalı sahəsində İrana texnoloji dəstək göstərməyə hazır olduqlarını bildirib.
İsrailin xarici işlər naziri Gideon Saar 12 günlük müharibədən sonra İran üzərində “tarixi qələbə” elan edildiyini bildirib və İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının beynəlxalq ictimaiyyət üçün “qaçılmaz bir vəzifə” olduğunu deyib.
ABŞ İrana 30 milyard dollarlıq nüvə yardımı təklif edə bilər.
İngiltərə Baş Nazirliyi ölkənin nüvə başlıqlı raketlər daşıya bilən 12 ədəd F-35 döyüş təyyarəsi alacağını açıqlayıb.
Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar nüvə enerjisinin təkcə təmiz enerji mənbəyi deyil, həm də ölkənin artan iqtisadi ehtiyacları baxımından strateji zərurət olduğunu bildirib.
İsrailin İranın qərbindəki Kirmanşah şəhərində xəstəxananı vurduğu açıqlanıb.