Netanyahu əlavə edib ki, İranda baş verənlər “sürətli və dramatik” xarakter daşıyır və bu hadisələr “iranlıların taleyini öz əllərinə aldıqları həlledici məqam” ola bilər. Məlumat üçün bildirək ki, i, İranda etirazlar ötən bazar günü mağaza sahiblərinin iqtisadi vəziyyətə etiraz olaraq iş dayandırması ilə başlayıb. Sonradan aksiyalar genişlənərək daha çox şəhəri əhatə edib və iştirakçıların irəli sürdüyü tələblər siyasi məzmun alıb.
#İranda pul-kredit və bank sisteminin islahı
İran Prezidenti Məsud Pezeşkian bu gün, bazar ertəsi bildirib ki, hökumət ölkədə pul-kredit və bank sistemlərinin islahı üçün əsas tədbirləri gündəliyinə daxil edib. Pezeşkian dövlətə məxsus “Ələm” telekanalının yaydığı açıqlamada deyib: “İnsanların güzəranı mənim gündəlik qayğımdır və hökumət problemləri aradan qaldırmaq, məsuliyyətli həll yolları təqdim etmək üçün bütün gücü ilə çalışır.” Digər tərəfdən, İranın Ali Rəhbərinin siyasi müşaviri Əli Şamxani bəyan edib ki, İranın raket və müdafiə imkanlarını məhdudlaşdırmaq mümkün deyil və bu imkanları inkişaf etdirmək üçün heç kəsdən icazə almağa ehtiyac yoxdur. Dövlət “Ələm” telekanalının Şamxanidən sitat gətirdiyi xəbərdə qeyd olunur ki, “istənilən hücum sərt və dərhal cavabla qarşılanacaq və bu cavab planlaşdıranların təsəvvürünü aşacaq.”