Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, Ermənistan tərəfindən neft məhsullarının satışı ilə bağlı sorğu daxil olub və daşınma Gürcüstan üzərindən həyata keçiriləcək. Nazir qeyd edib ki, bu məsələ ilə bağlı Azerpress Media Agentliyinin sualına cavab olaraq Gürcüstan tərəfindən tətbiq edilən ilkin tarif həqiqətən yüksək olub: “Bu, Azərbaycanda suallar yaratdı, çünki mövcud praktikaya uyğun deyildi. Qısa müddət ərzində Gürcüstan rəhbərliyi məsələyə müdaxilə etdi və məsələ öz həllini tapdı. Tam bazar şərtlərinə uyğun tarif şirkətlər arasında razılaşdırılıb. Fürsətdən istifadə edərək Gürcüstan rəhbərliyinə təşəkkür edirəm. Bu onu göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri dost münasibətləridir. Düşünürəm ki, bu məsələ həllini tapıb və yenə də o marşrutdan istifadə ediləcək,” – deyə Ceyhun Bayramov vurğulayıb.
#Azərbaycan XİN
2026-cı ildə Azərbaycanın xarici siyasət prioritetləri Prezident İlham Əliyevin siyasi təşəbbüsləri əsasında ikitərəfli və çoxtərəfli formatlarda ardıcıl şəkildə davam etdiriləcək. Bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib. O bildirib ki, bir neçə il əvvəl Gürcüstan ərazisindən Ermənistana nəqliyyat əlaqələrinin mümkünlüyü düşünülməzdi. Bu gün isə Cənubi Qafqazda tamamilə yeni geosiyasi və iqtisadi mühit formalaşıb və 2026-cı ildə bu proseslərin davamı gözlənilir.
Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib. Nazirin sözlərinə görə, Ukraynaya yardımın həcmi isə 75 milyon manata çatıb: "Azərbaycan həmçinin xalqımızla etnik və mədəni bağlara malik xalqlar üçün də təhsil qrantları səviyyəsində vəsait ayrırmaqda davam edib".
Azərbaycan XİN Bəhreyni Milli Günü münasibətilə təbrik edib
Fariz Rzayev Qətərdə səfərdə olub
Bu sözləri İran xarici işlər naziri deyib
Nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub.
Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxış edib.
Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxış edib.
Ceyhun Bayramov Avstriyaya gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfəri çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçirilən "Napoli" – "Qarabağ" matçına stadiondan baxıblar. Paylaşımda qeyd olunub ki, bu an Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli komandamızın beynəlxalq səviyyədə dəstəkləndiyini göstərən qürurverici bir hadisə olub.
COP29-un Baş Danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün COP30-da Azərbaycanın milli bəyanatını təqdim edib.