Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov noyabrın 15-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündə iştirak edib.
#Azərbaycan XİN
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici İşlər Nazirliyi Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Pakistanın İslamabad və Vana şəhərlərində baş verən, çoxsaylı insan ölümü və yaralanması ilə nəticələnən terror aktları xəbəri Azərbaycanı dərin kədərləndirib.
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə baş sağlığı verib.
Bu gün Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında Azərbaycan 2025–2029-cu illər üçün "Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə"yə (ICPRCP) üzv seçilib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb.
8 Noyabr-Zəfər Günü, həmçinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü münasibətilə münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində qəbul keçirilib.
6 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan NATO nümayəndə heyətini qəbul edib. Bildirilib ki, nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Noyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tərəflər Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun qorunmasının və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf arasında iki ölkə arasında dostluq münasibətlərini bir daha təsdiqləyən geniş və konstruktiv ikitərəfli görüş keçiriblər.