#Azərbaycan XİN

Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi. Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib. "Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub. Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qabuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya Prezidentinin Administrasiyasının, Hökumətin və XİN-in diqqətə çatdırılıb.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikirinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir.

Beynəlxalq İslamofobiya ilə Mübarizə Günündə mədəniyyətlərin və dinlərin hörmətinə, tolerantlığına və dinc yanaşı yaşamasına olan güclü sadiqliyimizi bir daha təsdiqləyirik. İslamofobiya, ayrı-seçkilik və insanlara qarşı inanclarına görə nifrət insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır. Bu cür qərəzli fikirlərin cəmiyyətlərimizdə yeri yoxdur", - deyə paylaşımda bildirilib. Qeyd edilib ki, İslam sülh, mərhəmət, ədalət və həmrəylik kimi dəyərlərə əsaslanır. "İslamın təhrif edilməsi və ya damğalanması qəbuledilməzdir. Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və davamlı cəmiyyətlərin qurulması üçün çox vacibdir", - deyə nazirlik əlavə edib.

8 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı, Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.