#Donald Tramp

Putinin xarici siyasət müşaviri Yuri Uşakov sammitin yerinin artıq müəyyənləşdiyini, dəqiq tarix və təfərrüatların isə hazırlıq işləri başa çatdıqdan sonra açıqlanacağını bildirib. ABŞ dövlət katibi Marko Rubio isə görüşün son dərəcə çətin olacağını, hər iki tərəfin ciddi güzəştlərə getməli olacağını vurğulayıb. Rubio həmçinin Rusiya atəşkəs elan etmədiyi halda, 8 avqustdan etibarən yeni sanksiyaların tətbiq edilə biləcəyini qeyd edib.

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə, ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüş üçün Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) mümkün məkan kimi açıqlayıb. O, BƏƏ-ni belə yüksək səviyyəli tədbirin təşkili baxımından “tamamilə münasib bir yer” adlandırıb.

Kremlin müşaviri Yuri Uşakov yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli görüşün keçiriləcəyini açıqlayıb. Uşakov bildirib ki, Amerika tərəfinin təklifi ilə görüşün ən yüksək səviyyədə təşkil olunması barədə razılıq əldə olunub və hazırda konkret hazırlıqlar davam edir.

ABŞ prezidenti Donald Tramp Moskvada keçirilən ABŞ-Rusiya danışıqlarının ardınca Vladimir Putinlə mümkün görüş ehtimalının yüksək olduğunu bildirib. O, Ağ Evdə Apple şirkətinin yeni sərmayələrinin təqdimatı zamanı çıxış edərək, Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istədiyini və bu istiqamətdə diplomatik səylərin davam edəcəyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp, qarşılıqlılıq prinsipinə əsaslanan və dərəcələri dəyişən tariflərin qüvvəyə mindiyini açıqladı. Gecə yarısının keçdiyini qeyd edən Tramp, qarşılıqlılıq prinsipinə əsaslanan və dərəcələri dəyişən tariflərin qüvvəyə mindiyini elan etdi. Bu tariflərdən təsirlənən ölkələrin uzun illərdir "ABŞ-dan faydalandığını" müdafiə edən Tramp, "Milyardlarla dollar gömrük rüsumu artıq ABŞ-a axır." -ifadəsini işlədib.

“El Pais” qəzeti hökumət mənbələrinə istinadla F-35-lərlə bağlı ilkin danışıqların dayandırıldığını yazıb. 10,5 milyard avroluq əlavə müdafiə büdcəsinin əsas hissəsinin Avropada xərclənməsi qərarı ABŞ-dan təyyarə alınmasını mümkünsüz edib. Qeyd edək ki, Müdafiə Nazirliyinin mənbələri Europa Press-ə açıqlamalarında F-35 planından qəti şəkildə imtina edildiyini təsdiqləyib. Xatırladaq ki, NATO sammitində İspaniya Baş naziri Pedro Sançes və ABŞ prezidenti Donald Tramp arasında hərbi xərclər və tariflər mövzusunda gərginlik yaşanmışdı.