Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tramp və Putin Ukraynanı Müzakirə Edəcək

    8 Avqust 2025 09:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp və Putin Ukraynanı Müzakirə Edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, Azervoice, Nərmin Ağayeva

    Tramp və Putin Ukraynasız Ukraynanı müzakirə edəcək sammitə hazırlaşır.

    Azervoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin gələn həftə Ukrayna müharibəsinin mümkün həll yollarını Ukrayna nümayəndələrinin iştirakı olmadan müzakirə etmək üçün görüşəcək. Görüşün əsas mövzusu “ərazi əvəzində sülh” planı olacaq.

    Putinin xarici siyasət müşaviri Yuri Uşakov sammitin yerinin artıq müəyyənləşdiyini, dəqiq tarix və təfərrüatların isə hazırlıq işləri başa çatdıqdan sonra açıqlanacağını bildirib. ABŞ dövlət katibi Marko Rubio isə görüşün son dərəcə çətin olacağını, hər iki tərəfin ciddi güzəştlərə getməli olacağını vurğulayıb. Rubio həmçinin Rusiya atəşkəs elan etmədiyi halda, 8 avqustdan etibarən yeni sanksiyaların tətbiq edilə biləcəyini qeyd edib.

    Ukrayna prezidenti Vladimir Zelenski sammiti “müsbət addım” kimi qiymətləndirib, lakin Ukraynasız heç bir qərarın qəbul edilməsini yolverilməz adlandırıb. O, potensial danışıqlarda Ukraynanın uzunmüddətli təhlükəsizlik təminatlarının əsas şərt olduğunu vurğulayıb.

    Qeyd edək ki, Ağ Ev rəsmilərindən biri Trampın görüşün baş tutmazdan əvvəl Zelenski ilə danışıqlar aparması üçün şərt qoyulduğunu, lakin prezidentin bunu rədd etdiyini iddia edib. Putin isə Zelenski ilə görüş ideyasına qarşı olmadığını, lakin şərtlərin hələ formalaşmadığını bəyan edib.

    #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #sülh müqaviləsi #ABŞ-Rusiya münasibətləri #Rusiya-ABŞ görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    2 Sentyabr 2026 18:23

    İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

    2 Sentyabr 2026 18:20

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17
    XƏBƏR LENTİ

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.