Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda qeyd olunub: Hörmətli cənab Prezident.Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.
#Donald Tramp
Kanada Ukraynaya 143 milyon dollar məbləğində hərbi yardım göstərəcəyini açıqlayıb. Kanada Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. "Kanada, NATO-nun Önəmli Ukrayna Ehtiyacları Siyahısı (PURL) çərçivəsində ABŞ-dan tədarük ediləcək kritik hərbi imkanları əhatə edən paketini alacaq. Kanadanın bu pakətə töhfəsi 200 milyon Kanada dolları (təxminən 143 milyon dollar) olacaq."- deyə açıqlamada bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib.
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı narkotiklərlə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatların yaxın vaxtlarda qurudan müdaxilələrlə də genişlənəcəyini bəyan edib. Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandıran Tramp administrasiyasının Venesuela üzərində təzyiqi artırdığını vurğulayıb.
Cənubi Koreya Dövlət Başçısı Li Cae Myonq, ölkəsində istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi və ya uran zənginləşdirmə fəaliyyəti üçün ortaq müəssisə yaradılması barədə ABŞ Prezidenti Donald Tramp ilə razılığa gəldiklərini bildirib. Cənubi Koreyada nəşr olunan The Chosun Daily qəzetinin məlumatına görə, Li, paytaxt Seulda təşkil edilən mətbuat konfransında, ölkəsinin nüvə sahəsində atdığı addımlar barədə danışıb. Li, Trampın istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi və ya uran zənginləşdirmə fəaliyyətlərinin Cənubi Koreyada həyata keçirilməsini və bunun üçün iki ölkə arasında 50-50 ortaq müəssisə yaradılmasını təklif etdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp Tayvanla münasibətlər üçün institusional qaydaları nəzərdən keçirmək və hesabat vermək üzrə Dövlət Departamentinin mövcud öhdəliklərini daimi olaraq genişləndirən Tayvan Təminatının İcrası Qanununu imzalayıb. Ağ Ev Trampın Dövlət Departamentinə Tayvanla rəsmi əlaqələr üçün qaydaları ən azı beş ildən bir nəzərdən keçirməyi tapşıran Tayvan Təminatının İcrası Qanununu imzaladığını açıqlayıb.
İsraildə Baş nazir Benyamin Netanyahunun prezident İshaq Hersoqdan yolsuzluq işlərində təxirə salınma tələb etməsi, Baş nazirlik və prezident iqamətgahları önündə yürüşlə etiraz edilib. Tələbdən sonra Qərbi Küdüsdə Netanyahu əleyhinə nümayişlər davam edib. Prezident və Baş nazirlik binaları önündə Netanyahu’nun məhkəməsinin təxirə salınmasına etiraz edən vətəndaşlar Hersoqdan bu tələbə qarşı çıxmasını istəyiblər. Burada keçirilən yürüşdə Netanyahunun məhkəməsinin davam etməsi vurğulanıb və ABŞ prezidenti Tramp ilə Netanyahu’nun məhkəməsinin təxirə salınmaması tələb olunub.
ABŞ Prezidenti Donald Trampın Latın Amerikasından gələn narkotrafikə qarşı mübarizəsi müdafiə startapları üçün geniş imkanlar açıb. Bu barədə "The Wall Street Journal" xəbər yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu illərdir davam edən korrupsiya məhkəməsi çərçivəsində bazar günü dövlət başçısına rəsmi əfv müraciəti təqdim edib.
Venesuela ABŞ tərəfindən mümkün hücum halında iki fərqli cavab strategiyası hazırlayıb. Məlumata görə, birinci plan ölkə daxilində partizan müqavimətinin təşkilini nəzərdə tutur.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı 29 noyabrda mülki təyyarənin keçmiş prezident Donald Trampın Florida ştatının Palm Biç şəhərində yerləşən iqamətgahı üzərindəki məhdud hava məkanına daxil olmasından sonra havaya qalxıb.
ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner noyabrın 30-da Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər.