#Donald Tramp

ABŞ Prezidenti Donald Tramp, Tayland və Kamboca arasında atəşkəsə baxmayaraq yenidən başlayan sərhəd münaqişəsini bir neçə telefon danışığından sonra “yoluna qoyacağını” bildirib. Tramp, Respublikaçı və Demokrat Konqres üzvlərini Ağ Evdə qarşıladığı Yeni İl tədbirində gündəmdəki məsələlərə toxunub. Tayland və Kamboca arasındakı son dövrdə başlayan münaqişə xaricində, prezidentlik dönəmində dünya üzrə 8 münaqişəni sona çatdırdığını qeyd edib.

ABŞ Nümayəndələr Palatası Suriyaya tətbiq edilən “Sezar Aktı” sanksiyalarının ləğvini nəzərdə tutan qanunvericilik təşəbbüsünü təsdiqləyib. Sənəd qəbul ediləcəyi təqdirdə, 2019-cu ildə qüvvəyə minmiş və Suriya hökumətini müharibə cinayətlərinə görə hədəfləyən “Sezar Aktı” rəsmi olaraq ləğv ediləcək. Qanun layihəsi Ağ Evə Suriyanın yeni hökumətinin terrorizmlə mübarizə tədbirləri və dini-etnik qrupların hüquqlarının qorunması ilə bağlı dövri hesabat təqdim edilməsini də öhdəlik kimi müəyyən edir.

ABŞ hökuməti Venesuela sahilləri açığında sanksiyaya məruz qalmış neft tankerini ələ keçirib. ABŞ Baş prokuroru Pam Bondi bildirib ki, FBI, Daxili Təhlükəsizlik Nazirliyi və Sahil Mühafizəsi ABŞ ordusunun dəstəyi ilə Venesuela və İran neftinin daşınmasında iştirak edən tankerin müsadirəsi üzrə orderi həyata keçirib. Onun paylaşdığı videoda iki helikopterin gəmi üzərinə enməsi və silahlı şəxslərin tankerə endiyi görünür.

ABŞ-ın Ankara Böyükelçisi və Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barak ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı müsbət münasibətlərin F-35 döyüş təyyarələrinin tədarükü üzrə ən məhsuldar danışıqlara imkan yaratdığını bildirib. Barak ABŞ mərkəzli X sosial media platformasında paylaşım edərək, Türkiyə ilə F-35 proqramına yenidən qoşulma və Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin saxlanılması mövzusunda müzakirələrin davam etdiyini qeyd edib.

Ukrayna ABŞ-a yeni sülh planının yenilənmiş versiyasını təqdim etməyə hazırlaşır. Volodimir Zelenski isə bir daha vurğulayıb ki, Kiyev Rusiya ilə danışıqlarda ərazi güzəştlərinə getməyəcək və ölkənin mövcud sərhədlərinin dəyişdirilməsi “nə hüquqi, nə də mənəvi baxımdan mümkün deyil. Zelenski Avropa və NATO liderləri ilə görüşləri zamanı ABŞ-dan gələn təkliflərə dair mövqeyini sərtləşdirib və Vaşinqtona yeni alternativ plan göndəriləcəyini açıqlayıb. Bu, ABŞ və Ukrayna nümayəndə heyətlərinin son günlərdə apardığı intensiv danışıqların nəticəsiz qalmasının ardından gündəmə gəlib.

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin təklif etdiyi “sülh planını” oxumadığını və buna görə məyus olduğunu bildirib. Tramp, Kennedi Mərkəzində iştirak etdiyi tədbirdə qırmızı xalça üzərində jurnalistlərin gündəmə dair suallarını cavablandırıb. Zelenskinin, Rusiya-Ukrayna Müharibəsini bitirməyə yönəlmiş ABŞ-ın təklif etdiyi planı hələ oxumadığını qeyd edən Tramp, bu səbəbdən məyusluq yaşadığını söyləyib.