Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
#Kərim Benzema
Kərim Mustafa Benzema1987-ci il, 19 dekabrda doğulub. O, Əlcəzair əsilli fransız milli futbolçudur. Hazırda Səudiyyə Ərəbistanının Peşəkar Liqasında çıxış edən “Əl-İttihad” klubunun formasını daşıyır. Futbol tarixinin ən güclü hücumçularından biri hesab olunan Benzema təkcə qol vurmaq bacarığı ilə deyil, həm də yüksək texniki keyfiyyətləri, oyunu oxuma qabiliyyəti, baxışı və meydandakı çoxşaxəli fəaliyyəti ilə seçilən yaradıcı forvet kimi tanınır.