Küveyt fond bazarına investisiya etmək investorlara bankçılıq, telekommunikasiya, daşınmaz əmlak, maliyyə xidmətləri, sənaye və digər sahələrdə fəaliyyət göstərən şirkətlərə sərmayə qoymaq imkanı verir. Əsas birja Kapital Bazarı Qurumunun (CMA) tənzimləyici nəzarəti altında fəaliyyət göstərən "Boursa Kuwait" birjasıdır.
#fond bazarı
Körfəz ölkələrinin fond bazarlarında ticarət günü qarışıq nəticələrlə yekunlaşıb. İnvestorlar ABŞ ilə İran arasında Dohada keçirilən danışıqların nəticəsini gözlədikləri üçün ehtiyatlı davranıblar. Səudiyyə Ərəbistanının əsas fond indeksi cüzi yüksəlsə də, Dubay, Əbu-Dabi və Qətərdə eniş qeydə alınıb. Dubayda ən böyük geriləmələrdən biri Emirates NBD bankının səhmlərində müşahidə olunub. Qətərdə isə Qatar National Bankın səhmlərinin ucuzlaşması bazarın aşağı düşməsinə səbəb olub. Eyni zamanda, Hörmüz boğazındakı son hadisələrdən sonra neft qiymətləri müəyyən qədər sabitləşib. Bazar iştirakçıları ABŞ-İran danışıqlarının nəticələrini diqqətlə izləməyə davam edirlər.
ABŞ Prezidenti Donald Trump müharibənin uzun çəkməyəcəyini və onun başa çatmasından sonra neft qiymətlərinin düşərək inflyasiyanın azalacağını bildirib. O, enerji bazarında böyük “neft axını” yaranacağını və fond bazarlarında yüksəliş gözləndiyini vurğulayıb.
15 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) nümayəndə heyəti Qarabağ Universitetinə səfər edərək tələbələr üçün maarifləndirici təlim keçirib. Səfərin məqsədi tələbələr arasında kapital bazarı haqqında məlumatlılığın artırılması, müasir maliyyə alətləri və fond bazarının fəaliyyət prinsipləri barədə praktiki biliklərin aşılanması olub.