#Türkmənistan

AzerVoice xəbər verir ki, müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq, 19 milyon 230 min 56 dollara çatdırıb 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq, 122 milyon 536 min 77 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, "Regional sülh və təhlükəsizlik" şüarı altında sammit olacaq. Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib. "Keçiriləcək Sammit "Regional sülh və təhlükəsizlik" şüarı altında baş tutacaq. Bu, təsadüfi deyil, çünki bölgəmizin sabitliyi və təhlükəsizliyi bütün əməkdaşlıq təşəbbüslərimizin təməlini təşkil edir.

Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun növbəti iclası Türkmənistanın Aşqabad şəhərində keçirildi.Görüşdə Azərbaycan, Türkmənistan, İran, Qazaxıstan və Rusiya nümayəndə heyətləri iştirak etdilər. Müzakirələr zamanı ölkəmizi Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Samir Şərifov təmsil etdi.

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz artaraq, 19 milyon 981 min 22 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,7 faiz artaraq, 131 milyon 334 min 16 dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 427 min 28 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz azalaraq, 2 milyon 709 min 1 dollara bərabər olub.

2025 -ci ilin iyulunda Türkmənistandan Türkiyəyə 19 min 455 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 20,23 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,28 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında Türkmənistandan Türkiyəyə 106 min 526 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çoxdur. 2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,38 faiz təşkil edib.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Əfqanıstan xalqına humanitar yardım göndərilməsi barədə fərman imzalayıb. Türkmənistan rəsmiləri bildiriblər ki, bu təşəbbüs qədimdən gələn insani dəyərlərə əsaslanır və ölkənin həm daxildə, həm də beynəlxalq müstəvidə humanist siyasətini əks etdirir.

İran qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə yükdaşıma və tranzit sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirir. TurkicWorld-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran parlamentinin abadlıq komitəsinin üzvlərinin iştirakı ilə keçirilən iclasda deyib. Onun sözlərinə görə, İranda tranzit və yükdaşıma sahəsində layihələr və dəhlizlər əhəmiyyəti nəzərə alınaraq diqqət mərkəzində saxlanılır. Sadiq bildirib ki, bu istiqamətdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi çərçivəsində əməliyyatlar davam etdirilir. Hazırda dəmiryolu xəttinin keçdiyi ərazinin mülkiyyətinin satın alınması işləri yekunlaşdırılıb.