Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü (Qəbələ, Azərbaycan) çərçivəsində Türkmənistanın Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi dövlət statusunda qoşulması ilə bağlı mühüm qərar qəbul edilib. Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin təşəbbüsü və bütün Türk Dövlət Başçılarının dəstəyi ilə yaradılmışdır. Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının zəngin mədəniyyətinin və irsinin qorunub saxlanılması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir.
#Türkmənistan
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 7-də Azərbaycana səfərə gəlib.
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə Əfqanıstanın xarici işlər naziri Amir Xan Muttaki arasında telefon danışığı keçirilib. Danışıq zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
2025 -ci ilin avqustunda Türkmənistandan Türkiyəyə 19 min 563 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 15,23 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,28 faiz təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında Türkmənistandan Türkiyəyə 126 min 90 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,40 faiz çoxdur.
"Energetika sahəsində Türkmənistanı etibarlı tərəfdaş kimi görürük. Macarıstan müxtəlif ölkələrdən qaz idxal edir və ümid edirik ki, yaxın vaxtlarda Türkmənistan Avropaya, xüsusilə də ölkəmizə qaz ixracçısına çevriləcək"- deyə Aşqabadda keçirilən İqtisadi əməkdaşlıq üzrə Türkmənistan–Macarıstan hökumətlərarası komissiyasının altıncı iclasında çıxış edən Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Şərq əlaqələrinin inkişafı üzrə dövlət katibinin müavini Adam Ştifter bildirib.
Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz artaraq, 1 milyon 478 min 31 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz artaraq, 11 milyon 144 min 14 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 6 min dollara bərabər olub.
25 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu ilə Mangistau vilayətinin akimatının birgə təşkilatçılığı ilə Aktau şəhərində keçirilən görkəmli sufi mürşidi və maarifçi Beket ata Mırzaqululunun 275 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın layihə menceri Talqat Muxanov iştirak edib, qurumun həyata keçirdiyi mədəni layihələr, xüsusilə türk xalqlarının ortaq irsinin araşdırılması və təbliği istiqamətində görülən işlər barədə məlumat verib.
Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz azalaraq, 9 milyon 923 min 8 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz artaraq, 92 milyon 750 min 72 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 3 milyon 204 min 3 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artaraq, 13 milyon 593 min 80 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub.
Səfirin sözlərinə görə, Aşqabad ilə Pakistan arasında iki saatlıq uçuşun bərpası 240 milyondan çox əhalisi olan ölkənin vətəndaşlarına təkcə Türkmənistana asanlıqla səfər etmək imkanı yaratmayacaq. Bu həm də “Türkmenhowaýollary” şirkətinin Avropa, Rusiya, Çin, Uzaq Şərq və Asiya-Sakit okean regionuna uzanan beynəlxalq şəbəkəsindən istifadəni təmin edəcək.
18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində Türkmənistan İnvestisiya Forumu keçirilib. Müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.
Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq, 2 milyon 732 min 16 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 95,1 faiz artaraq, 17 milyon 517 min 74 dollara bərabər olub.