Xarici İşlər Nazirliyindən verilən məlumata görə, xarici işlər naziri Hakan Fidan 13-14 avqust tarixlərində Qətərə səfər edəcək. Səfər çərçivəsində tərəflər bütün sahələrdə inkişaf edən strateji əməkdaşlıq, yeni əməkdaşlıq istiqamətləri, Qəzza və Suriya başda olmaqla regional məsələləri müzakirə edəcəklər. Görüşlərdə bu il Dohada keçiriləcək Ali Strateji Komitənin 11-ci iclasına hazırlıq, Fələstin dövlətinin tanınması istiqamətində beynəlxalq təşəbbüslər, Qəzzada atəşkəsə dair danışıqların hazırkı vəziyyəti və iki dövlətli həll üçün atılacaq addımlar gündəmdə olacaq. Hakan Fidanın Qətərin Misir və ABŞ ilə birlikdə apardığı vasitəçilik səylərinə dəstəyini ifadə edəcəyi gözlənilir.
#İslam Əməkdaşlıq Təşkilatı
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.
Biz dost Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən olduqca məmnunuq.
Qırğızıstan prezidenti Sadır Japarov Xankəndi şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Sammitinə qatılmaq üçün Azərbaycana rəsmi səfər edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında çıxış edərək İsrailin Yaxın Şərqdəki hərbi müdaxilələrinə və xüsusilə İrana qarşı həyata keçirdiyi hücumlara sərt reaksiya verib.
İsrailin İrana hücumları ilə bağlı İstanbulda toplaşan Ərəb Liqasının Xarici İşlər Nazirləri bu hücumları kəskin şəkildə pisləyib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası 21–22 iyun tarixlərində İstanbulda keçiriləcək.