#Sabiha Gökçen Hava limanı

Dövlət Hava Limanları İdarəsinin (DHMİ) məlumatına görə, yanvar-iyul aylarında Türkiyə hava limanlarına gələn və gedən sərnişinlərin ümumi sayı 134,9 milyon olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. İstanbul Hava Limanı bu dövrdə 46,95 milyon sərnişinə xidmət göstərərək ölkənin ən sıx hava limanı olub. Sabiha Gökçen Hava Limanı 26,5 milyon sərnişini qəbul edib, Antalya Hava Limanı isə ümumi 20,18 milyon sərnişinlə ilin üçüncü ən işlək limanı kimi diqqət çəkib.

2025-ci ilin iyul ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 26 milyon 503 min 943 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq, 11 milyon 694 min 644 nəfər, beynəlxalq reyslər üzrə isə 20 faiz artaraq 14 milyon 809 min 299 nəfər təşkil edib.