Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Sabiha Gökçen hava limanında sərnişindaşıma 26 milyon nəfəri keçib (ÖZƏL)

    7 Avqust 2025 16:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sabiha Gökçen hava limanında sərnişindaşıma 26 milyon nəfəri keçib (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    2025-ci ilin iyul ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 26 milyon 503 min 943 nəfər olub.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq, 11 milyon 694 min 644 nəfər, beynəlxalq reyslər üzrə isə 20 faiz artaraq 14 milyon 809 min 299 nəfər təşkil edib.

    2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 285 min 909 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 87 min 245 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 198 min 664 ton təşkil edib.

    Məlumata əsasən, hava limanından 2025-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyun ayı ilə müqayisədə 10 faiz artaraq, 152 min 694 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı dəyişməyərək, 64 min 744, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 87 min 950 olub.

    2025-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 134 milyon 866 min 883 nəfər, yük daşınması isə 2 milyon 834 min 635 ton təşkil edib.

    Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

    #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Sabiha Gökçen Hava limanı #sərnişin daşıma #Nəqliyyat vasitələri #Dəniz nəqliyyatı Türkiyə #Türkiyədə hava nəqliyyatı 2025 #Türkiyənin hava limanlarında sərnişin və yük daşınması #Türkiyənin nəqliyyat layihələri #Sərnişin rekordu #Sərnişin sayı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur - 28 milyondan çox sərnişin (ÖZƏL)

    18 Avqust 2026 15:00

    Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 16:00

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00

    İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 12:00

    Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 10:05

    Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 23 milyondan çox sərnişin (ÖZƏL)

    16 İyul 2026 10:27

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 39 milyondan çox sərnişin (ÖZƏL)

    15 İyul 2026 10:05

    Türkiyə 6G dövrünə hazırlaşır: 5G abunəçilərinin sayı 42 milyona yaxınlaşdı

    14 İyun 2026 17:00

    Sabiha Gökçən Hava Limanında sərnişin axını artır: İlk beş ayda 19,3 milyondan çox sərnişinə xidmət göstərilib (ÖZƏL)

    10 İyun 2026 11:10

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 32 milyondan çox xarici sərnişin (ÖZƏL)

    10 İyun 2026 10:13

    Çukurova Hava Limanından istifadə edən müştərilərin sayı 1 milyonu keçib (ÖZƏL)

    22 May 2026 13:38

    4 milyondan çox müştəri Antalya Hava Limanından istifadə edib (ÖZƏL)

    19 May 2026 10:15
    XƏBƏR LENTİ

    Pakistan Baş naziri ölkənin ŞƏT sədrliyi üzrə prioritetlərini açıqlayıb

    Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

    Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

    Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

    Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

    Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

    Prezident İlham Əliyev: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.