Türkiyə müdafiə sənayesinin son illərdəki ən iddialı layihələrindən olan hücum tipli pilotsuz uçuş aparatı ANKA-3, ABŞ mərkəzli National Interest jurnalında dərc olunan məqalə ilə dünya gündəminə çıxıb. ANKA-3-ün yalnız texniki imkanları ilə deyil, həm də regional hərbi balansı dəyişdirmə potensialı ilə seçildiyi qeyd edilib.
#Türkiyə müdafiə sənayesi
Türkiyənin müdafiə sənayesində yeni addım atan ASELSAN, “Çelik Kubbe” hava hücumundan müdafiə sisteminə əlavə olunan yeni nəsil Anti-PUA silahı EJDERHA-nı təqdim edib. Müdafiə eksperti Eray Güçlüer, sistemin texnoloji imkanlarını dəyərləndirərək onun həm dronlara, həm də mina və əl istehsalı partlayıcılara (EYP) qarşı əhəmiyyətli üstünlüklər qazandırdığını vurğulayıb.
Türkiyə Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) təşkilatçılığı, TRT-nin isə informasiya tərəfdaşı olduğu, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST, İstanbul Atatürk Hava Limanında ziyarətçiləri qəbul edir. Festival çərçivəsində, başda ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE olmaqla, Türkiyə müdafiə sənayesinin aparıcı şirkətləri tərəfindən hazırlanmış Çelik Kubbe məhsulları böyük maraqla qarşılanıb.
Braziliya Konqresi 10 sentyabr 2025-ci ildə rəsmi qəzet DOU vasitəsilə Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişini təsdiqləyib. Türkiyə ilə Braziliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq uzun müddətdir gündəmdədir. Hal-hazırda bir sıra Türk şirkətləri Braziliya hərbi proqramlarında nəzərdən keçirilir:
Türkiyənin Keşan bölgəsindən havaya qalxan Bayraktar TB3 PT-2R pilotsuz uçuş aparatı, ölkənin ən böyük hərbi gəmisi TCG Anadolu üzərində həyata keçirilən süni intellekt dəstəyi ilə tam avtomatik qalxış və eniş sınağını uğurla başa çatdırdı. Sınaq, Türkiyənin dəniz platformalarında pilotsuz uçuş aparatlarının istifadəsi sahəsində mühüm mərhələ kimi qiymətləndirilir. Bayraktar TB3-ün bu uğuru, həm əməliyyat imkanlarının genişlənməsi, həm də müdafiə sənayesində süni intellekt tətbiqlərinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), terrorçu İsrailin Qətərdə Həmasın danışıqlar heyətini hədəfə aldığı hücuma dair açıqlama verib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. “İsrail, Qətərə qarşı həyata keçirdiyi alçaq hücumla bölgədə hüquq tanımayan, beynəlxalq normaları ayaqlar altına alan hücumlarına bir yenisini əlavə etmişdir. Bu hücum qarşısında bütün imkanlarımızla Qətərin yanında olduğumuzu bir daha vurğulayırıq.”- deyə Aktürk qeyd edib.
ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi İdarəsi (SSB) arasında hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair 1 milyard 650 milyon avro dəyərində müqavilə imzalanıb. Bu barədə şirkətdən İctimayyəti Aydınlatma Platformuna (KAP) verilən açıqlamada, sözügedən razılaşmanın ASELSAN tarixində ən böyük tədarük müqavilələrindən biri olduğu vurğulanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli hava hücumundan müdafiə sistemi olan “Çelik Kubbe” ilə bağlı önəmli açıqlamalar verib. Türkiyə Prezidentinin sözlərinə görə, bu sistem Türkiyəni hava hücumlarına qarşı müdafiədə yeni mərhələyə daşıyır və ölkəni daha güclü müdafiə qabiliyyətinə sahib dövlətlər sırasına çıxarır. “Sistemlər sistemi olan Çelik Kubbe ilə hava hücumundan müdafiədə artıq fərqli bir liqanın oyunçusu halına gəlirik”, – deyə Ərdoğan bildirib. Türkiyə Prezidenti Ərdoğan, sistemə yönəlmiş bəzi tənqidi fikirlərə də münasibət bildirib. O, “Çelik Kubbe vətəndaşı deyil, tərəfdarı qoruyacaq” deyən çevrələri “gözünü nifrət bürümüş güruh” adlandırıb və bu cür yanaşmanın milli təhlükəsizlik baxımından ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Oğul Bey bölgənin ən qabaqcıl müdafiə texnologiyaları mərkəzlərindən biri olacaq. Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. “ASELSAN-a məxsus ümumi dəyəri 280 milyon dollar olan 14 mühüm obyektin rəsmi açılışını etdik. Eyni zamanda, 900 futbol meydançasından daha böyük bir ərazidə, bir milyard yarım dollarlıq sərmayə ilə inşa edilən Oğul Bey Texnologiya Mərkəzinin təməlini qoyduq. Bu strateji layihə tamamlandıqda, bölgənin ən müasir müdafiə texnologiyaları mərkəzlərindən birinə çevriləcək”, – deyə dövlət başçısı bildirib.
Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ), milli beşinci nəsil döyüş təyyarəsi KAAN proqramında yeni mərhələyə keçildiyini açıqlayıb. Şirkət nümayəndələrinin bildirdiyinə görə, layihə çərçivəsində hazırlanan iki yeni prototipdən birincisi artıq sistem inteqrasiyası mərhələsinə daxil edilib.
Türkiyənin texnologiya şirkəti HAVELSAN, Birləşmiş Ərəb Əmirliklərinin müdafiə sənayesi şirkəti CALIDUS tərəfindən hazırlanan B-250 yüngül hücum və təlim təyyarəsi üçün yeni əməkdaşlığa imza atıb. Bu əməkdaşlıq çərçivəsində Türkiyənin müdafiə sənayesində aparıcı şirkəti pilotların kokpitə oturmadan əvvəl bütün əməliyyat proseslərində yüksək səviyyədə ixtisaslaşmasını təmin edəcək. Bunun üçün CALIDUS ilə birlikdə B-250 təyyarəsi üçün hərtərəfli təlim ekosistemi qurulacaq. Hazırlanacaq yüksək dəqiqlikli simulyator infrastrukturu real əməliyyatların mürəkkəbliyini əks etdirəcək və pilotların yerüstü hazırlığını ən yüksək səviyyədə təmin edəcək.
Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqi sayılan “Defense News Top 100” siyahısında bu il beş Türkiyə şirkəti yer alıb. Siyahıda ASELSAN 43-cü, TUSAŞ 47-ci, Roketsan 71-ci, ASFAT 78-ci, "Makine ve Kimya Endüstrisi" (MKE) isə 80-ci pillədə qərarlaşıb. Şirkətlər arasında ən böyük yüksəlişi ASFAT nümayiş etdirib. Belə ki, şirkət ötən illə müqayisədə 16 pillə irəliləyib.