Təxminən min 300 ton humanitar yardım daşıyan gəmi, Türkiyə Qızıl Aypara Cəmiyyəti tərəfindən Qəzzaya çatdırılmaq məqsədilə Mersin limanından yola çıxıb. Humanitar yardımın Misirin El Arish Limanına çatması gözlənilir. Orada yüklər boşaldılacaq və sonrakı mərhələdə Qəzzaya çatdırılacaq. Yükün əsas hissəsini qida məhsulları, gigiyena ləvazimatları, geyim və yorğanlar təşkil edir.
#Misir
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalaraq, 41 milyon 209 min 74 dollara bərabər olub.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 78,1 faiz artaraq, 12 milyon 630 min 60 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 82,7 faiz artaraq,1 milyon 433 min 59 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Bakıda səfərdə olan Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno ilə görüşüb.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq, 501 milyon 751 min 85 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 45 milyon 372 min 88 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 8 milyard 628 milyon 945 min dollara bərabər olub.
Azərbaycan Fələstin və Suriya ilə diplomatik münasibətlərini rəsmi səfərlər, beynəlxalq platformalarda ardıcıl mövqe və humanitar təşəbbüslər vasitəsilə gücləndirir. Bəziləri Azərbaycanın Yaxın Şərq siyasətinin olmadığı düşüncəsində olsalar da, əslində bu belə deyil. Azərbaycan iddia olunanların əksinə olaraq, İsrail, İran və Türkiyədən asılı olmayan müstəqil Yaxın Şərq siyasəti yürütməkdədir. Təbii ki, Bakının rəsmi Yaxın Şərq siyasətində adı sadalanan ölkələrlə, xüsusən də Türkiyə ilə siyasi məsləhətləşmələri var.
Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Türkiyə və Qətər cümə günü yaydıqları birgə bəyanatda İsrail rəsmilərinin Rəfah sərhəd-keçid məntəqəsinin birtərəfli qaydada açılması və Qəza sakinlərinin Misirə yönləndirilməsi barədə açıqlamalarından dərin narahatlıq duyduqlarını bildiriblər.
ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının püşkatma mərasimi keçirilib.
2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Misir kapitalı ilə 55 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 80 milyon 470 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 93 milyon 707 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Sudanda Sürətli Dəstək Qüvvələrinin rəhbəri Məhəmməd Hamdan Daqalu üç aylıq humanitar atəşkəs elan edib. RSF-nin sosial media hesabında yayımlanan videoda Daqalu bildirib ki, müharibə xalqı yorub, insanların əzabları artıb və qan tökülməsinin dayandırılması təxirə salınmaz bir vəzifəyə çevrilib. O əlavə edib ki, milli məsuliyyət və ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə dördlü mexanizm (ABŞ, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri), Afrika Birliyi və Şərqi Afrikada Hökumətlərarası İnkişaf Təşkilatının beynəlxalq səylərinə cavab olaraq atəşkəs elan olunur.
2025-ci ilin yanvar- oktyabr aylarında Misirdən Türk limanlarına 8 milyon 769 min 350 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Misirdən Türkiyə limanlarına 548 min 804 ton yük daşınıb. “Bu ilin yanvar- oktyabr aylarında Misirdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 8 milyon 144 min 625 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
I Mustafa sultan oldu. Atadan oğula keçən taxt bu dəfə qardaşa keçdi. Ruhi xəstə olan I Mustafa 3 aydan sonra taxtdan endirilib, 1622-ci ildə yenidən taxta çıxıb, 1623-cü ildə yenidən taxtdan endirilib.