Qırğızıstan parlamentinin - Joqorku Keneşin sədri Nurlanbek Turğunbek uulu vəzifəsindən öz istəyi ilə ayrıldığını açıqlayıb. O, parlament iclasında çıxışı zamanı bildirib ki, qərar tamamilə şəxsi xarakter daşıyır və ona qarşı hər hansı təzyiq göstərilməyib.Sabiq spiker çıxışında ölkədə sabitliyin qorunmasının vacibliyini qeyd edərək, Prezident tərəfindən başlanmış islahatların başa çatdırılmasının zəruriliyini önə çəkib.
#Joqorku Keneş
Qırğızıstanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adilbek Kasımalıyev Jölkədə keçirilən erkən parlament seçkilərində iştirak edib.
Qırğızıstan Prezidenti Sadir Japarov bu gün ölkədə keçirilən erkən parlament seçkilərində səs verib. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.