Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Ölkənin 30 vilayətində aparılan əməliyyat zamanı 119 nəfər saxlanılıb. Şübhəlilər terror təşkilatına üzvlük, təbliğat və maliyyələşdirmə fəaliyyətində iştirak etməkdə ittiham olunurlar. Əməliyyat zamanı çoxsaylı sənəd və rəqəmsal material ələ keçirilib. İyunun sonunda Ankarada İŞİD-lə əlaqədə şübhəli bilinən bir nəfər silahlı qarşıdurmada zərərsizləşdirilmişdi. Daha sonra terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 209 nəfər də saxlanılmışdı. Türkiyə terrorizmlə mübarizə əməliyyatlarını davam etdirəcəyini bəyan edib.
#Jandarma
20 oktyabr 1921-ci ildə Türkiyəhökuməti ilə Fransa hökuməti arasında imzalanan Ankara müqaviləsinin 9-cu maddəsinə uyğun olaraq Caber qalası və şimal-qərb ətəklərində “Türk türbəsi” kimi tanınan türbənin olduğu ərazi (8.797 m2 ), Anadolu türkləri üçün mənəvi əhəmiyyətinə görə Türkiyəyə köçürülmüşdür.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində Jandarma qüvvələri tərəfindən silah və sursat qaçaqmalçılığına qarşı keçirilən əməliyyatların nəticələrini açıqlayıb.
Türkiyədə, saxta elanlarla vətəndaşları aldadan, internet üzərindən qumar oynadan və “investisiya məsləhətçiliyi” adı altında dələduzluq edən 34 şübhəli saxlanılıb. Yerlikaya əməliyyatların Ankara, Adana, Muğla və Edirne mərkəzli olmaqla, Mersin, Niğde, Gaziantep, Kocaeli, Bursa, İstanbul, Batman, Manisa, İzmir, Şanlıurfa, Kayseri, Diyarbakır və Denizli vilayətlərində jandarma tərəfindən həyata keçirildiyini açıqlayıb.
Türkiyənin Elazığ şəhərində mədəndə çökmə baş verib. Elazığın Alacakaya rayonunda mədən çöküb. İşçilərin dağıntılar altında qaldığı, hadisə yerinə AFAD, UMKE, səhiyyə və jandarma qruplarının sövq edildiyi bildirilir. Xəbər yenilənəcək