Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” növbəti oyununa çıxacaq. Azərbaycan təmsilçisi İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq. Görüş “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Qeyd edək ki, “Qarabağ” növbəti oyununu dekabrın 10-da öz meydanında “Ayaks” klubuna qarşı keçirəcək.