İsrail hərbi qüvvələri cümə günü Cənubi Livanın bir neçə bölgəsinə hava hücumları həyata keçirib. Hərbi mənbələr, Sidon bölgəsinə də hava zərbəsi endirdiklərini bildirərək, burada da Hizbullah döyüşçüsünün hədəfləndiyini açıqlayıblar. Hazırda Hizbullah tərəfdən hər hansı açıqlama verilməyib.
#Hizbullah
Livan prezidenti Cozef Aunun silahın yalnız dövlətin nəzarətində olması ilə bağlı çağırışları “Hizbullah” daxilində narazılıqla qarşılanıb, lakin partiya bu mövqeyini hələlik açıq şəkildə ortaya qoymaqdan çəkinir. Livanın siyasi dairələrinə yaxın mənbələrin bildirdiyinə görə, “Hizbullah” prezident Aunun silahın dövlətə təhvil verilməsi və təşkilatın hərbi rolunun artıq həm öz elektoratı, həm də ölkə üçün yükə çevrildiyi barədə açıqlamalarına ehtiyatla yanaşır. Mənbə partiyanın susqunluğunu iki əsas səbəblə izah edir.
Livan ordusu açıqlama verərək, ölkənin cənubunda dövlət silah monopoliyasını "effektiv və aydın şəkildə" təmin etdiyini bildirdi, lakin hələ də ərazidə partlamamış sursatların və tunellərin təmizlənməsi üzrə işlərin davam etdiyini vurğuladı. Ordu ilin sonuna qədər cənubda qeyri-dövlət silahlarını təmizləməyi hədəfləmişdi; bu ərazi İsraillə sərhəd bölgəsidir. Məqsəd digər bölgələrə keçməzdən əvvəl cənubda əməliyyat nəzarətini genişləndirmək idi. Bəyanatda, İsrail qüvvələrinin hələ də işğal etdiyi ərazilər istisna olmaqla, cənubda əməliyyat nəzarətinin genişləndirildiyi qeyd olunub.
Yaxın Şərq hazırda yeni regional böhranın astanasında kritik mərhələdən keçir. Mövcud vəziyyət İsrail–İran qarşıdurması, Tehranın regiondakı silahlı müttəfiqləri – “Hizbullah”, Qəzza zolağında “HƏMAS”, Yəməndə isə husilərin fəaliyyəti fonunda getdikcə daha mürəkkəb və təhlükəli xarakter alır. Analitiklər bildirirlər ki, regionun müxtəlif nöqtələrində inkişaf edən böhranlar artıq ayrı-ayrı proseslər deyil. İstənilən bir cəbhədə baş verən eskalasiya digər bölgələrdə zəncirvari reaksiyalara səbəb ola bilər ki, bu da çoxcəhətli və genişmiqyaslı münaqişə riskini artırır.
“Hizbullah”ın baş katibi şeyx Nəim Qasim Livandakı hakimiyyət strukturlarına sərt tənqid yönəldərək onları “İsrail naminə işləməkdə” ittiham edib və ölkənin “tarixi dönüş nöqtəsi” qarşısında olduğunu bildirib. Qasim “silahın yalnız dövlətin əlində olması” planını “İsrail–ABŞ layihəsi” kimi xarakterizə edib.
İsrail bazar günü Beyrutun cənub qəsəbəsi olan Dahiyəni hədəfə alan hücum həyata keçirdi. Nəticədə bir nəfər həyatını itirdi, 21 nəfər yaralandı. Livan prezidenti Cozef Aun bu hücumu “İsrailin təcavüzü dayandırmaq çağırışlarına məhəl qoymadığının növbəti sübutu” adlandırdı. O qeyd etdi ki, “Livan artıq bir ilə yaxındır ki, düşmənçilik fəaliyyətlərini dayandırıb”, beynəlxalq ictimaiyyəti isə “öz məsuliyyətini üzərinə götürməyə və Livana qarşı təcavüzün dərhal dayandırılması üçün ciddi müdaxilə etməyə” çağırdı.
İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın qərargah rəisinə qarşı hücum həyata keçirib. Livan Səhiyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, zərbə nəticəsində bir nəfər həlak olub, 21 nəfər yaralanıb. Həlak olan və yaralanan şəxslərin mülki və ya hərbi olması barədə əlavə məlumat verilməyib.
Livanın cənubunda yerləşən Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsinə endirilən hava zərbəsi nəticəsində 13 HƏMAS üzvü öldürülüb. İsrail Ordusunun bəyanatında hücumun “HƏMAS-ın təlim mərkəzinə” edildiyi iddia olunur. Bəyanata əsasən, zərbə Livandan İsrailə qarşı hücumlar üçün döyüşçülərin hazırlanması ilə məşğul olan şəxsləri hədəfləyib. Həlak olanlar arasında bu prosesdə iştirak etdiyi iddia edilən Cavad Sidavinin adı da qeyd edilir.
Səudiyyə Ərəbistanı Livan hakimiyyətinin son aylarda krallığa narkotik qaçaqmalçılığının qarşısını almaqda “səmərəli fəaliyyətini” nəzərə alaraq, yaxın vaxtlarda Beyrutla ticarət əlaqələrini gücləndirməyi planlaşdırır. Bu barədə cümə axşamı yüksək vəzifəli səudiyyəli rəsminin açıqlamasına Livan tərəfi məmnunluqla reaksiya verib.
Fransa, Livanda Hizbullahın silahsızlaşdırılması, seçki qanunu ətrafında gedən daxili siyasi parçalanmalar və İsrailin gündən-günə artan təhdidləri fonunda ölkədə yaranan təhlükəli vəziyyəti yaxından izləyir. İsrailin hava və artilleriya zərbələrinin Livan ərazisinə qədər uzanması Parisdə ciddi narahatlıq yaradıb.
“Hizbullah”ın baş katibi Şeyx Naim Qasim bəyan edib ki, İsrailin davam edən hücumları və ABŞ-ın təzyiqləri fonunda Livanda sabitlik mümkün deyil. Təşkilat rəhbəri çıxışı zamanı İsraillə əldə olunmuş atəşkəs razılaşmasının dəyişdirilməsi və yeni şərtlərlə əvəzlənməsi cəhdlərini qəti şəkildə rədd etdiyini bildirib.
ABŞ Livanda mövcud olan siyasi vəziyyətdən istifadə edərək İranın “Hizbullah”a maliyyə axınını kəsməyə və qruplaşmanı silahsızlaşdırmağa çalışır. Bu haqda ABŞ Maliyyə Nazirliyinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müşaviri Con Herli İstanbulda jurnalistlərə müsahibə verərkən deyib. Herli açıqlamasında İranın bu il ağır iqtisadi sanksiyalara baxmayaraq “Hizbullah”a təxminən 1 milyard dollar ötürdüyünü bildirib.