#Avropa İttifaqı (Aİ)

Avropa İttifaqı (Aİ), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Strateji Tərəfdaşlıq Müqaviləsi üzrə danışıqlara başladığını açıqlayıb. BƏƏ-də rəsmi səfərdə olan Aİ Komissiyasının Aralıq dənizi üzrə üzvü Dubravka Suica bu barədə ABŞ mərkəzli sosial media platformasında paylaşım edib. “Bugün Aİ-BƏƏ münasibətlərində mühüm bir dönüş nöqtəsini qeyd edirik. Strateji Tərəfdaşlıq Müqaviləsi üçün danışıqlara başlamaqdan və bunu BƏƏ Siyasi İşlər üzrə Nazir Müavini Lana Nuseybe ilə açıqlamaqdan böyük şərəf duyuruq.” - deyə Suica qeyd edib.

Avropa İttifaqı (Aİ) Kanadanın 150 milyard avro dəyərindəki “Avropa Təhlükəsizlik Fəaliyyəti” (SAFE) ortaq müdafiə maliyyələşdirmə proqramına qatıldığını açıqlayıb. Aİ Komissiyası Prezidenti Ursula fon der Leyen sosial media paylaşımında, Kanadanın proqramda iştirakının təsdiqləndiyini bildirərək, “Xoş gəlmisiniz Kanada” sözlərini deyib. Proqram çərçivəsində Kanada Aİ xaricində xüsusi hüquqlara malik yeganə ölkə olacaq və bu iştirak Kanadalı şirkətlər üçün müdafiə sahəsində milyardlarla dollarlıq imkanlar yaradacaq. SAFE proqramı, iştirakçı ölkələr arasında ortaq tədarükləri gücləndirməklə, müdafiə sənayesini inkişaf etdirməyi və təhlükəsizliyi artırmağı hədəfləyir.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini Rusiyaya məxsus dondurulmuş aktivlərlə bağlı qərar verməyə çağırıb. Ukrayna liderinin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri üçün kifayət qədər raket təmin etmək məqsədilə hər gün fasiləsiz şəkildə işləmək lazımdır.

Böyük Britaniyada xalis miqrasiya kəskin şəkildə azalaraq 2024-cü ilin iyulundan 2025-ci ilin iyununa qədər olan dövrdə 204 min nəfərə düşüb. bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 649 min nəfərlə müqayisədə təxminən 70 faiz, 2023-cü ildəki ən yüksək səviyyə ilə müqayisədə isə 80 faizə yaxın azalma deməkdir.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Almaniya Xarici İşlər Naziri Yohann Vadepul ilə görüşüb. Bu, Fidanın Almaniyaya ilk ikitərəfli səfəri olub. Görüş çərçivəsində Nazir Fidan Almaniyadakı türk icması və iş adamları ilə görüşüb, həmçinin Almaniya tərəfi ilə siyasi, iqtisadi və müdafiə əməkdaşlığını müzakirə edib. Gündəmin əsas mövzuları arasında Türkiyə–Avropa İttifaqı münasibətləri, Gömrük Birliyinin yenilənməsi, viza sərbəstisi və enerji–nəqliyyat sahələrində əməkdaşlıq yer alıb.

COP30 iqlim sammitində müzakirələr fosil yanacaqlar mövzusunda ciddi parçalanmaya səbəb olub. Braziliyanın təqdim etdiyi razılaşma layihəsində “fosil yanacaqlardan keçid” planına dair bütün istinadlar çıxarılıb, bu isə əsas iştirakçılar arasında hiddət doğurub. Avropa İttifaqı (Aİ) layihəni “ambisiyasız” adlandırarıb və qəbul etməyib.

Avropa İttifaqı Komissiyasının Bərabərlik, Hazırlıqlılıq və Krizis İdarəçiliyi üzrə üzvü Hadja Lahbib Qəzzadakı humanitar vəziyyətin sürətlə pisləşdiyini bildirərək, yardımların siyasiləşdirilməsinə qarşı xəbərdarlıq edib. Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısı çərçivəsində çıxış edən Lahbib, bölgədəki əsirlərin evlərinə dönməsinə baxmayaraq humanitar böhranın daha da ağırlaşdığını deyib. “Son daşqınlardan sonra və yaxınlaşan qış aylarının təsiri ilə fələstinlilər həm donur, həm islanır, həm də aclıq çəkir.” - deyə o qeyd edib.

Avropa İttifaqı Rusiyaya qarşı növbəti - 20-ci sanksiya paketi üzərində işləyir. Kallas bildirib ki, yeni paketlə bağlı işlər artıq başlayıb. Onun sözlərinə görə, sanksiyaların daha effektiv işləməsi üçün Aİ tərəfdaşlarının da bu məhdudiyyətləri dəstəkləməsi vacibdir. O hesab edir ki, tətbiq olunan sanksiyalar Rusiyanın zəif nöqtələrinə təsir edir və nəzərdə tutulan siyasi nəticələrin əldə olunmasına xidmət edir.