#Dua vasitəçiliyi

Bu yazım yəqin ki, bir çox ənənəvi düşüncə sahibinin xoşuna gəlməyəcəkdir. İstər sünni, istər şiə qismində təəssüf ki, bir sıra hallarda şirkə gətirib çıxardan məqamlar olubdur. Bunların bir qismi təvəssül anlayışı ilə ümmətə daxil olubdur. Məlumdur ki, ənənəvi düşüncə təvəssül başqadır, şirk başqadır deyir. Mən buna hələ müdaxilə etməyəcəm. Sadəcə olaraq xristianlar öz saləhlərinə nə üçün dua edir və onu nə ilə əsaslandırırlar. Növbəti yazımda müsəlman dünyasında təvəssül anlayışını əsaslandıran fikirlərdən yazacam. Allahın izni ilə özünüz müqayisə edərsiniz.