#Hakan Fidan

Xarici İşlər Nazirliyi Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin bu gün Türkiyəyə səfər edəcəyini açıqlayıb. Səfər çərçivəsində ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, son aylarda Ankara və Dəməşq arasında əlaqələrin normallaşdırılması istiqamətində intensiv diplomatik danışıqlar aparılır.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və Misirin Xarici İşlər naziri Bədir Əbdülati, Misirdə keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı təşkil ediblər. Görüşdə bölgə məsələləri, xüsusilə Suriya və Fələstindəki vəziyyət əsas gündəm mövzuları olub. Nazir Əbdülati çıxışında bildirib ki, Misir və Türkiyə Suriyanın ərazi bütövlüyünə və bütünlüyünə dəstək verir, eyni zamanda heç kimi istisna etməyən daxili siyasi həllin vacibliyi mövzusunda razılığa gəliblər.

Fidanın səfəri zamanı ikitərəfli münasibətlər, regional hadisələr və Qəzzadakı son vəziyyət müzakirə ediləcək. Nazir, Qəzzada soyqırımın dayandırılması və iki dövlətli həllin dəstəklənməsi üçün Misirlə birgə atıla biləcək addımlara diqqət çəkəcək. Görüşlərdə həmçinin Türkiyə-Misir arasında ticarət və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi, Şimali və Şərqi Afrika, eləcə də Sahel bölgəsindəki inkişaflar barədə fikir mübadiləsi aparılacaq.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Fransa, Misir, Almaniya və Türkiyənin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla Qəzza zolağındakı vəziyyəti müzakirə edib. Feysəl bin Fərhan fransalı həmkarı Jan Noel Barro, misirli həmkarı Bədr Əbdül-Ati, almaniyalı həmkarı Yohan Vadeful, türkiyəli həmkarı Hakan Fidan və avropalı nümayəndə Kaya Kallasla ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək. Nazir Fidanın bu səfər çərçivəsində Misir Prezidenti Sisinin onu qəbul edəcəyi də gözlənilir. Nazir Fidan sonuncu dəfə 2025-ci il martın 23-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Ərəb Liqası (ƏL) Qəzza Əlaqə Qrupunun iclasında iştirak etmək məqsədilə Qahirəyə səfər etmişdi. Misirin xarici işlər naziri Əbdülati isə 2025-ci il fevralın 4-də ikitərəfli səfər çərçivəsində Türkiyəyə gəlmişdi.

Türkiyə olaraq Suriya xalqının yanında olmağa və onların iradəsini dəstəkləməyə davam edəcəyik. Bu sözlər Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşündən sonra "X" sosial şəbəkəsində yaydığı paylaşımda yer alıb.

Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, xarici işlər naziri Fidanın Suriya prezidenti Şara ilə görüşündə Əsəd rejiminin devrilməsindən sonrakı 8 ay ərzində Türkiyə ilə Suriya arasında əlaqələrin müxtəlif sahələrində əldə edilən irəliləyişlərin qiymətləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi gözlənilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Tərəflər Rusiya-Ukrayna münaqişəsi kontekstində aparılan danışıqlarla bağlı son vəziyyəti müzakirə ediblər. Qeyd edək ki, iki ölkə arasında diplomatik təmaslar regional və beynəlxalq gündəmin əsas mövzularından biri olaraq davam edir.