Qərara əsas səbəb kimi kəşfiyyat fəaliyyətinin ətraf mühitə təsirlərinin yetərincə qiymətləndirilməməsi və yerli sakinlərin mümkün neft dağılması riskləri barədə kifayət qədər məlumatlandırılmaması göstərilib. Məhkəməyə ətraf mühit təşkilatları Natural Justice və Green Connection tərəfindən müraciət olunmuşdu. Onlar Cape Town və Cape Agulhas arasındakı sahildən təxminən 10 min kvadrat kilometr məsafədə aparılacaq işlərin təhlükə yaratdığını əsas gətiriblər.
#Afrika
ASELSAN Yaxın Şərq və Afrika bölgəsində 54 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN, Yaxın Şərq və Afrika bölgəsindəki müştərilərindən biri ilə radar və komanda-idarəetmə sistemlərinin birbaşa satışı üzrə ümumi dəyəri 54 milyon ABŞ dolları olan ixrac müqaviləsi imzalayıb. Məlumat Kamuyu Aydınlatma Platformunda (KAP) dərc olunub. Şirkətdən bildirilib ki, müqavilə ASELSAN-ın beynəlxalq bazarlardakı fəaliyyətini daha da genişləndirmək istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.
Fidan vurğulayıb ki, Botsvana Afrikada siyasi sabitliyi və iqtisadi uğurları ilə nümunəvi ölkələrdən biridir. “Botsvana ilə əlaqələrimizi hər sahədə inkişaf etdirməkdə qətiyyətliyik. Botsvananın ölkəmizdə səfirlik açması üçün lazımi dəstəyi verməyə hazır olduğumuzu bildirdim. Təqaüd verdiyimiz Botsvanalı tələbələrin KKTC-ni seçmələrini də yüksək qiymətləndiririk.” - deyə o bildirib.
Türkiyədə “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində yeni mərhələyə keçilir. Gələcək dövrdə PKK-nın İraqın Mahmur və Sincar bölgələrindəki düşərgələrinin boşaldılması, silahlarını təhvil verənlər üçün hüquqi bazanın hazırlanması və terror təşkilatının rəhbər heyətinin Afrika və ya Avropa ölkələrinə göndərilməsi kimi addımlar gündəmdədir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkmənistanın Avaza turizm bölgəsində keçirilən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) 3-cü Konfransının açılışında çıxış edərək bu ölkələrin inkişaf potensialına diqqət çəkib. Baş katib bildirib ki, LLDC ölkələrinin uğuru, 2030 Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsi üçün həyati əhəmiyyət daşıyır. “Birlikdə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin tarixində yeni bir səhifə aça bilərik”, – deyə Quterreş qeyd edib.
"Afrika istisi" və ya "səhra istisi" ifadəsinin qaynağı olaraq göstərilən Afrika qitəsinin hava şəraiti və Türkiyədə cəmi bir neçə gün davam edən, lakin Afrikanın bəzi bölgələrini aylarla təsir edən temperaturlar həyata mənfi təsir göstərə bilər.
Türkiyə Səhil bölgəsində – Mali, Burkina Faso, Niger və Çadda hərbi avadanlıq, PUA və xüsusi təhlükəsizlik şirkətləri vasitəsilə nüfuzunu artırır. Ankaranın müdafiə sənayesinə əsaslanan strategiyası Fransa və Rusiyaya qarşı yeni alternativ yaradır.
Nigeriyada 161 milyon insan ərzaq çatışmazlığı təhlükəsi ilə üz-üzədir.
YUNESKO-nun Ümumdünya İrs Siyahısına üç yeni Afrika ərazisi daxil edilib.
USAID-in maliyyələşdirməsinin kəsilməsi 5 il ərzində 14 milyon ölümə səbəb ola bilər.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Qlobal Nəqliyyat Dəhlizləri Forumu” çərçivəsində Afrikanın 7 ölkəsi ilə əməkdaşlıq memorandumu imzaladıqlarını açıqlayıb.
Floridalı həkim Afrikada xəstəni uzaqdan əməliyyat edib.