Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni ilin ilk xarici səfəri çərçivəsində Yaxın Şərq turuna başlayıb. Dövlət başçısı "TUR" təyyarəsi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüb. Səfər çərçivəsində Ərdoğanı Türkiyənin xarici işlər, maliyyə, enerji, müdafiə və digər sahələr üzrə aparıcı nazirlərindən ibarət geniş nümayəndə heyəti müşayiət edir. Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşəcək Ərdoğan fevralın 4-də Misirə yola düşəcək. Qahirədə həmkarı Əbdülfəttah əs-Sisi ilə bir araya gələcək Türkiyə lideri burada Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək. Həmçinin Ərdoğanın Türkiyə-Misir İş Forumunda iştirakı da planlaşdırılır.
#Türkiyə Misir Qəzza problemi
Türkiyə və Misir Qəzzədə atəşkəsin möhkəmləndirilməsi və bölgənin gələcək idarəçiliyi ilə bağlı ortaq mesaj verib. Ankara şəhərində keçirilən Türkiyə–Misir Birgə Planlaşdırma Qrupunun birinci iclası çərçivəsində Xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilər naziri Bədir Abdulati birgə mətbuat konfransı keçiriblər.