#AZAL

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib. AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilib.

Qazaxıstan 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığından “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının nəticələrini gözləyir. Bunu Qazaxıstanın Nəqliyyat Naziri Nurlan Sauranbayev Astanada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, tədqiqat materialları daxili razılaşma çərçivəsində laborator müayinə üçün Azərbaycan və Rusiyaya təqdim olunub.

Azərbaycan Hava Yolları Bakı–Tehran–Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib. Aviaşirkət bu barədə öz mətbuat xidməti vasitəsilə məlumat yayıb. Bildirilib ki, uçuşun bərpası ilə bağlı əlavə məlumat yaxın vaxtlarda açıqlanacaq və sərnişinlər dərhal məlumatlandırılacaq. AZAL yaranmış narahatlığa görə üzr istəyərək sərnişinlərin anlayışına görə təşəkkür edib. Qeyd olunub ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır.

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Qahirə marşrutu üzrə ilk çarter reysini yerinə yetirib. Protokola uyğun olaraq, Qahirə Beynəlxalq Hava Limanında təyyarənin ənənəvi su qövsü ilə qarşılanma mərasimi keçirilib. Birbaşa uçuşlar 2026-cı il fevralın 20-dək həftədə bir dəfə olmaqla hər cümə günü həyata keçiriləcək. Sərnişinlər Qahirə Beynəlxalq Hava Limanının 1-ci terminalından yola düşəcəklər.

Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər. Bildirilib ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib. Bildirilib ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.

“Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümündə hadisənin səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 25-də İkinci Fəxri Xiyabana gələrək həyatlarını itirən Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasının birinci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda faciə nəticəsində həyatını itirənlərin xatirəsi ehtiramla yad olunub və onların ailələrinə dərin hüznlə başsağlığı ifadə edilib. Birinci vitse-prezident bu cür hadisələrin unudulmamasının vacibliyini vurğulayaraq, aviasiya təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılmasının önəmini qeyd edib.