#AZAL

Qazaxıstan 2025-ci ilin sonuna kimi “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin Aktau aeroportu yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırma üzrə hesabat təqdim edəcək. Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

20 oktyabr 2025-ci il tarixində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən "Airbus A320" təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib. "Airbus A320" tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub. Bildirilib ki, hava gəmisi 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan ("A-check") tam şəkildə keçib. Bütün texniki işlər istehsalçının tələblərinə və aviaşirkətin daxili prosedurlarına uyğun şəkildə yerinə yetirilib.

Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib. Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.

Xəbər verdiyimiz kimi, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimr Putin arasında görüş keçirilir. Trend xəbər verir ki, görüş zamanı Vladimr Putin "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığını çatdırıb . Qeyd olunub ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq.

Azərbaycan Turizm Bürosu 17-19 sentyabrda Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində təmsil olunub. Tədbir zamanı keçirilən B2B görüşlərində Qazaxıstan və Özbəkistanın 30-dan çox turizm şirkəti və turoperatoru ilə görüşlər keçirilərək əməkdaşlıq imkanları müzakirə olunub, ölkənin lüks turizm potensialı təqdim edilib. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust dövründə Azərbaycana Qazaxıstandan 69 332, Özbəkistandan 37 718 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19% və 28% artımdır.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlaması ilə bağlı şərhində deyilir.