#Türkiyə idman komandası

Səudiyyə Ərəbistanında keçiriləcək 6-cı İslam Həmrəyliyi Oyunlarında Türkiyə 110 qadın və 102 kişi olmaqla ümumilikdə 212 idmançı ilə medallar uğrunda mübarizə aparacaq. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı İslam Həmrəyliyi Oyunları Federasiyası (ISSF) tərəfindən dörd ildən bir təşkil edilən yarışların 6-cı mərhələsi 7–21 noyabr tarixlərində paytaxt Ər-Riyadda baş tutacaq.