#MAQATE

Son üç ay ərzində Misir intensiv diplomatik fəaliyyət göstərərək İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini Qahirədə qəbul edib. Görüşlərin əsas məqsədi İranla Agentlik arasında əməkdaşlığı tənzimləyəcək yeni mexanizmin yekun mətnini hazırlamaq olub. Bu dövrdə Misir xarici işlər naziri Bədr Əbdülati, Əraqçi və Qrossi arasında 12-yə yaxın diplomatik təmas qurulub. Onlardan üçü üzbəüz görüş, qalanları isə telefon danışıqları şəklində baş tutub. Bundan başqa, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff da prosesə fəal şəkildə cəlb olunub. Misir XİN sözçüsü Təmmim Xilaf bildirib ki, bu fəaliyyət İranın nüvə proqramı ilə bağlı “qaneedici razılaşmaya doğru irəliləyiş” deməkdir. Onun sözlərinə görə, Qahirə iyunun ortalarından etibarən İranla MAQATE arasında əməkdaşlığı bərpa etmək, gərginliyi azaltmaq və regional sabitliyi gücləndirmək üçün vasitəçilik missiyasını həyata keçirir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bildirib ki, İran bir sıra mühüm nüvə obyektlərinə inspektorların girişini məhdudlaşdırıb. Tehran isə vurğulayıb ki, suveren obyektlər üzərində nəzarət təzyiq alətinə çevrilə bilməz. İranın bəzi strateji obyektlərə girişə icazə verməməsi, eyni zamanda Buşehr AES-də yanacağın dəyişdirilməsinə nəzarətə imkan yaratması, Tehranın seçici yanaşmasını ortaya qoyur.

İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) rəsmilərinin Vyanada yeni əməkdaşlıq modelini müəyyənləşdirmək üçün ekspertlər səviyyəsində görüşəcəyi bildirilib. İran dövlət televiziyasına danışan İranın BMT-nin Vyana ofisi yanındakı daimi nümayəndəsi Rza Nəcəfi, Tehran nümayəndə heyəti ilə UAEA yetkililəri arasında yeni bir danışıqlar turunun başladığını açıqlayıb. Nəcəfi qeyd edib ki, görüşlər İran parlamenti tərəfindən təsdiqlənmiş və UAEA ilə əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun çərçivəsində, yeni şərtlər daxilində əməkdaşlığın müəyyən edilməsi məqsədilə keçirilir.

İranın silah istehsalı səviyyəsinə yaxın – 60 faiz zənginləşdirilmiş uran ehtiyatı İsrailin iyunun 13-də nüvə obyektlərinə hücumundan əvvəl bir qədər artıb. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) gizli hesabatında məlumat verilib. Agentliyin üzv dövlətlərə göndərdiyi rüblük sənəddə bildirilir ki, 13 iyun tarixinə olan qiymətləndirməyə əsasən, İranın sentrifuqalarda daha da zənginləşdirilə bilən uran heksaflorid formasında 60 faiz dərəcəli zənginləşdirilmiş uran ehtiyatı 440,9 kiloqram təşkil edib. Hesabatda vurğulanır ki, bu miqdar uran zənginləşdirmə səviyyəsi artırılacağı halda 10 nüvə bombası hazırlamaq üçün kifayət edə bilər.

İran Məclisində qəbul edilən qanuna baxmayaraq, Milli Təhlükəsizlik Ali Şurasının Buşehr Atom Elektrik Stansiyası və Tehran Tədqiqat Mərkəzində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinə yoxlama aparmağa icazə verməsi ölkədə ciddi müzakirələrə səbəb olub. Məclis sədri Məhəmməd Baqir Qalibaf parlamentdə çıxışı zamanı yoxlamalara razılıq verildiyini açıqlayıb. Bu bəyanatdan sonra bəzi millət vəkilləri qərara etiraz edərək, bu addımın ölkənin BAEA ilə əməkdaşlığını məhdudlaşdıran mövcud qanunları pozduğunu bildiriblər.