#Azərbaycan–Gürcüstan ticarət dövriyyəsi

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artıb. Dövlət Gömrük Komitəsinin AzerVoice-ə verdiyi məlumata görə, iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 624 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,7 milyon dollar və ya 9 faiz çoxdur.