#YaxınŞərq

ABŞ və İran arasında davam edən diplomatik proses qarşılıqlı etimadsızlıq və geosiyasi maraqlar səbəbindən mürəkkəb mərhələyə daxil olub. London Kral Kollecinin qonaq müəllimi Samir Purinin sözlərinə görə, Vaşinqton və Tehran bir-birinə qarşı “dərin antaqonizm” hiss edir və hər iki tərəf danışıqlardan siyasi üstünlüklə çıxmağa çalışdığı üçün proses “qarşılıqlı çıxılmazlıq” vəziyyətinə çevrilib.

ABŞ Ədliyyə Nazirliyi və Əmtəə Fyuçersləri Ticarət Komissiyası Yaxın Şərqdəki müharibə ilə bağlı mühüm siyasi açıqlamalardan əvvəl həyata keçirilən şübhəli neft ticarəti əməliyyatlarını araşdırır. İddialara görə, bəzi treyderlər bazarın kəskin enişindən əvvəl neft qiymətlərinin düşəcəyinə milyardlarla dollar həcmində mərc ediblər. Araşdırma Donald Tramp və İranın xarici işlər naziri Abbas Əraqçinin açıqlamalarından öncə baş verən ən azı dörd iri əməliyyatı əhatə edir.

İsrail hökumətinin 2020-ci ildə Qətərin Qəzzaya birbaşa maliyyə dəstəyi göstərməsini təşviq etdiyi və bu fəaliyyətini yüksək qiymətləndirdiyi sənəd üzə çıxıb. Sənəddə bildirilir ki, Qətər hökuməti Qəzza Yenidənqurma Komitəsi və onun rəhbəri Məhəmməd əl-İmadi vasitəsilə bölgə əhalisinə maddi yardım göstərib, elektrik, infrastruktur, səhiyyə və yaşayış layihələrinə maliyyə dəstəyi verib.