Bizə həmişə sitayiş edilməli, ən azından nümunə götürülməli olan insanlar göstərilib. Dahilər, filantroplar, müqəddəslər. Bu insanlar haqqında həmişə yaxşı şeylər eşitmişik. Bəs bütün bunlar yalandırsa? Bəs "böyük insan" sadəcə yaxşı piarın nəticəsidirsə? VOA oxucularına xeyriyyəçi, dahi kimi təqdim edilən, əslində isə heç də elə olmayan insanların siyahısını təqdim edir.
#Alfred Nobel
10 dekabr 1901-ci ildə Stokholmda fizika, kimya, tibb, ədəbiyyat və sülh sahələri üzrə ilk Nobel mükafatları təqdim edilib. Təqdimetmə mərasimi dinamit və digər güclü partlayıcıların ixtiraçısı olan isveçli Alfred Nobelin ölümünün beşinci ildönümündə baş tutub. Öz vəsiyyətində Nobel, böyük sərvətinin əsas hissəsinin bir fonda yerləşdirilməsini və həmin fondun faiz gəlirlərinin “hər il əvvəlki il insanlığa ən böyük fayda gətirənlərə mükafat şəklində verilməsini” tələb etmişdi. Nobel mükafatlarını yaratmaq üçün açıq şəkildə səbəb göstərməsə də, geniş şəkildə hesab olunur ki, o, ixtiralarının müharibədə getdikcə daha dağıdıcı məqsədlərlə istifadəsi üzündən mənəvi peşmançılıq hissi duyurdu.
2002-ci il oktyabrın 11-də ABŞ-ın keçmiş prezidenti Cimmi Karter “beynəlxalq münaqişələrə sülh yolu ilə həll tapmaq, demokratiya və insan hüquqlarını inkişaf etdirmək, eləcə də iqtisadi və sosial tərəqqini təşviq etmək istiqamətində onilliklər boyu yorulmaz səylərinə görə” Nobel Sülh Mükafatına layiq görüldü.