BAKI,VOA
Bizə həmişə sitayiş edilməli, ən azından nümunə götürülməli olan insanlar göstərilib. Dahilər, filantroplar, müqəddəslər. Bu insanlar haqqında həmişə yaxşı şeylər eşitmişik. Bəs bütün bunlar yalandırsa? Bəs "böyük insan" sadəcə yaxşı piarın nəticəsidirsə? VOA oxucularına xeyriyyəçi, dahi kimi təqdim edilən, əslində isə heç də elə olmayan insanların siyahısını təqdim edir.
1. Tereza ana
XX əsrin müqəddəsi, mərhəmət rəmzi, Nobel sülh mükafatçısı. Reallıq isə dəhşətlidir. Onun Kalkuttadakı "Ölüm evi" xəstəxana deyil, əsl ölüm düşərgəsi idi. Onun fəlsəfəsi yardım deyil, əzab kultu idi. O inanırdı ki, əzab insanı Allaha yaxınlaşdırır. Buna görə də xərçəngin son mərhələsində olan xəstələrə ağrıkəsici əvəzinə aspirin verirdilər. İynələri soyuq suda yaxalayıb təkrar-təkrar istifadə edirdilər. Hesabına düşən milyonlarla dollar isə Vatikan bankına gedirdi. Özü xəstələnəndə isə öz hospisində deyil, Kaliforniya və İsveçrənin lüks klinikalarında müalicə olunurdu.
2. Koko Şanel
Stil ikonası, kiçik qara donun yaradıcısı. Amma İkinci Dünya müharibəsi zamanı o, nasist zabiti ilə eşq yaşayır və Parisin ən lüks oteli olan, həmin vaxt Gestaponun qərargahı sayılan "Rits"də rahat həyat sürürdü. Alman kəşfiyyatının arxivləri təsdiqlədi ki, o, "Vestminster" kod adlı "F7124" nömrəli qeydiyyatdan keçmiş agent idi. Həmçinin o, kəskin antisemit idi; yəhudi tərəfdaşlarının biznesini əllərindən almaq üçün nasistlərə donos yazmışdı.
3. Volt Disney
Xeyirxah nağılçı? Animatorları ondan nifrət edirdilər. O, "Ağbəniz"i çəkən rəssamları gündə 16 saat işlədib qəpik-quruş ödəyən bir tiran və xəsis idi. 1941-ci ildə tətil edən işçilərini qovub onları kommunizmdə ittiham etdi. Disney 30 il boyu FTB-nin (FBI) gizli məlumatçısı olub, bəyənmədiyi hər kəs haqqında donos verirdi. 1940-cı ilə qədər studiyasında qadınların yaradıcı işə götürülməməsi barədə rəsmi qayda var idi.
4. Alfred Nobel
Sülh mükafatının banisi, əslində isə "ölüm taciri" idi. Dinamiti ixtira edib silah satışından nəhəng sərvət toplamışdı. 1888-ci ildə qəzetlər səhvən onun öldüyünü zənn edib "Ölüm taciri öldü" başlığı ilə nekroloq dərc edəndə, Nobel tarixdə necə yadda qalacağından qorxdu. O, öz reputasiyasını "satın almaq" üçün bütün qanlı pullarını sülh mükafatına yatırdı. Bu, tarixin ən uğurlu rebrendinqi idi.
5. Fris Haber
Dünyanı aclıqdan xilas edən (azot gübrələrinin sintezi) dahi, eyni zamanda kimyəvi silahın atasıdır. Birinci Dünya müharibəsində döyüş xlorunu ixtira etdi və ilk qaz hücumuna şəxsən rəhbərlik etdi. Minlərlə əsgərin əzabla ölməsini təpədən izləyirdi. Kimyaçı olan həyat yoldaşı Klara onun bu vəhşiliyinə dözməyib intihar etdi.
6. Tomas Cefferson
"Bütün insanlar bərabər yaradılıb" sözlərinin müəllifi, azadlıq rəmzi. Reallıqda isə 600 qulun sahibi idi. O, azadlıq haqqında yazarkən qul zəncirində olan insanlar ona çay gətirirdi. Öz qulu Salli Heminqsdən (vəfat etmiş arvadının ögey bacısı) çoxlu uşaqları var idi. Salli ilə münasibət başlayanda qız hələ yeniyetmə idi. Ömrü boyu cəmi 7 qulu azad etdi, o da ölümündən sonra.
7. I Pyotr (Böyük Pyotr)
İslahatçı dahi? Onun islahatları sümüklər üzərində qurulub. Sankt-Peterburqun tikintisində on minlərlə fəhlə aclıqdan və xəstəlikdən öldü. Ölkəni "diz üstə sındırırdı". Öz oğlu Alekseyə şəxsən işgəncə verib, onu kamerada işgəncə ilə öldürtdü.
8. Aristotel
Məntiqin atası? O deyirdi ki, qadınların dişləri kişilərdən azdır (arvadının dişlərini saymağa ehtiyac duymamışdı). Hesab edirdi ki, beyin qanı soyutmaq üçün soyuducudur, ürəklə düşünürük. Ən pisi isə elmi irqçiliyin və seksizmin atası olmasıdır; o, "elmi yolla" sübut etmişdi ki, qadın "yarımçıq kişi"dir, yunan olmayanlar isə kölə doğulmuş "yarım-insanlar"dır.
9. Aleksandr Bell
Telefonun ixtiraçısı? Əslində o, ideyanı italiyalı Antonio Meuççidən oğurlayıb patent bürosuna birinci qaçan adam idi. Onun əsas hobbisi yevgenika (irqin yaxşılaşdırılması) idi. Kar qadınla evli olmasına baxmayaraq, karların bir-biri ilə evlənməsinin qadağan edilməsini və onların sterilizasiya olunmasını tələb edirdi.
10. Ceyms Uotson
DNT-nin strukturunu kəşf edən Nobel mükafatçısı. Əslində o, bu kəşfi Rozalind Franklinin çəkdiyi rentgen şəklini ("Foto 51") gizlicə oğurlamaqla etmişdi. Rozalind 37 yaşında xərçəngdən öldü, Uotson isə mükafatı aldı və ömrünün sonuna qədər irqçi, seksist bəyanatları ilə tanındı.
11. Çe Qevara
İnqilabın romantik siması? Əslində o, "qəssab" idi. Kubada inqilab qalib gələndən sonra "La Kabanya" türməsinin komendantı kimi kütləvi güllələmələrə rəhbərlik edirdi. Məhkəməsiz hökm çıxarırdı. Kubada ilk əmək düşərgələrini (tropik Qulaq) o yaratmışdı; bura təkcə müxalifləri deyil, keşişləri, hippiləri və xüsusən homoseksualları göndərirdi.
12. Frensis Dreyk
İngiltərənin qəhrəmanı, cəngavər. Əslində isə o, rəsmi dövlət dəniz qulduru idi. Kraliçanın verdiyi gəmilərlə İspaniya donanmasını qarət edirdi. Həmçinin İngiltərənin ilk qul tacirlərindən biri idi; Afrikadan insanları oğurlayıb Amerikaya dəhşətli şəraitdə satmağa aparırdı.
13. Franklin Ruzvelt
Demokratiya ikonası? O, nasist konsentrasiya düşərgələri ilə mübarizə apararkən, ABŞ-da öz düşərgələrini qururdu. 9066 nömrəli əmrlə 120 min yapon mənşəli ABŞ vətəndaşını (uşaqlar, qadınlar daxil) ailəvi şəkildə səhradakı düşərgələrə qapatdı. Onların yeganə günahı "yanlış qan" daşımaqları idi.
14. Ceyms Kuk
Yeni torpaqlar açan alim? O, yerli əhaliyə qarşı çox qəddar idi. Kiçik bir oğurluğa görə kəndləri toplardan atəşə tutur, qayıqları yandırırdı. Onun komandası Polineziya adalarına Avropa xəstəliklərini gətirdi və bu, yerli əhalinin 90%-nin məhv olmasına səbəb oldu.
15. Çarlz Lindberq
Atlantikanı təkbaşına uçub keçən qəhrəman. Amma Lindberq nasistlərin aşkar tərəfdarı idi. Berlində Görinqlə dostluq edir, Hitlerin əlindən orden alırdı. ABŞ-ın Almaniya ilə müharibə etməməsi üçün təbliğat aparır və ari irqinin üstünlüyünə inanırdı.
16. Volter
Tolerantlığın atası? O, öz dövrü üçün belə kəskin antisemit idi. Azadlıq və bərabərlikdən yazsa da, pullarını qul ticarəti ilə məşğul olan şirkətə yatırmışdı. İnsan satışından gələn faizlərlə özünə malikanə alırdı.
17. Con Kennedi
İdeal prezident? Əslində o, "gəzən aptek" idi. Addisons xəstəliyini gizlətmək üçün ağır steroidlər və ağrıkəsicilər qəbul edirdi. İdeal ailə mənzərəsi arxasında isə arvadına hər kəslə xəyanət edirdi. Hətta mafiya başçısı Sem Cankananın rəfiqəsi ilə yataraq milli təhlükəsizliyi riskə atırdı.
18. Elvis Presli
Rok-n-rollun kralı. Gələcək arvadı Prissilla ilə tanış olanda Elvisin 24, qızın isə cəmi 14 yaşı var idi. 8 il boyu qızı özü üçün "tərbiyə etdi", makiyajından geyiminə qədər hər şeyi diktə etdi ki, onu öz ideal qadınına çevirsin.
19. Mahatma Qandi
Sülh rəmzi, "Uca ruh". Amma Cənubi Afrikada olarkən qaradərililəri "vəhşi və heyvan" adlandırırdı və hinduların onlardan üstün olduğunu müdafiə edirdi. 70 yaşında isə "paklıq sınağı" adı altında öz yeniyetmə qohumları ilə çılpaq yatmaq təcrübələri keçirirdi.
20. Alfred Hiçkok
Kino dahisi və əsl "yırtıcı". Aktrisa Tippi Hedreni tam nəzarətdə saxlayırdı; dostlarına, pəhrizinə, geyiminə qədər hər şeyi o müəyyən edirdi. Aktrisa onun əxlaqsız təkliflərini rədd etdikdə, Hiçkok qəsdən onun karyerasını məhv etdi.
21. Marlon Brando
Aktyorluq dahisi, real həyatda isə ailə tiranı. 11 uşağını tamamilə diqqətdən kənarda qoymuşdu. Bu soyuqluq faciələrə yol açdı: oğlu bacısının sevgilisini güllələyib həbsə girdi, qızı isə ağır depressiyadan intihar etdi.
22. Çarlz Dikkens
Kasıbların hamisi. Amma real həyatda ona 10 uşaq doğan arvadı Ketrin yaşlaşıb kökələndə, Dikkens 18 yaşlı aktrisa ilə eşq yaşamağa başladı. Arvadını evdən qovdu, uşaqları ondan ayırdı və qəzetlərdə Ketrinin "dəli" və "pis ana" olduğu barədə yalanlar yaydı.
23. Pamela Lindon Trevers
Merri Poppinsin müəllifi. O, İrlandiyada kasıb ailədən əkiz uşaqları övladlığa götürmək istəyərkən, uşaqları ayırdı. Birini götürdü, digərini isə "zəifdir" deyə yoxsulluqda buraxdı. Övladlığına isə illərlə yalan danışdı ki, onun heç bir qohumu yoxdur.
24. Roald Dal
"Çarli və şokolad fabriki"nin müəllifi. Açıq-aşkar antisemit idi. Müsahibələrində deyirdi ki, yəhudi xarakterində düşmənçilik yaradan bir xüsusiyyət var və onlar özləri günahkardırlar.
25. Hovard Lavkraft
Qorxu ədəbiyyatının dahisi. Amma o, patoloji irqçi və ksenofob idi. Yunanlara, asiyalılara, yəhudilərə nifrət edirdi. Onun "naməlumluq qorxusu" əslində immiqrant qorxusu idi.
26. Lord Bayron
Romantik qəhrəman. Real həyatda isə eqoist bir "abuzer" idi. Arvadı ilə evləndiyi gündən onun həyatını cəhənnəmə çevirdi, evə məşuqələrini gətirirdi. Ən böyük sirri isə ögey bacısı Avqusta Li ilə olan ensest münasibəti və ondan olan uşağı idi.
27. Ayn Rend
Libertarianların ikonası. Amma öz ətrafını əsl kult kimi idarə edirdi. 50 yaşında 25 yaşlı şagirdinə aşiq olanda, həm öz ərini, həm də şagirdinin arvadını çağırıb onlara "gecələr görüşmək" üçün məntiqlə icazə verməli olduqlarını diktə etdi.
28. Sergey Eyzenşteyn
Montajın atası, amma həm də təbliğatın (propaqandanın) atasıdır. Onun filmlərindəki "Qış sarayına hücum" səhnəsi tam uydurmadır; reallıqda heç bir qəhrəmanlıq olmamışdı. O, saxta reallıq yaradan bir dahi idi.
29. Artur Konan Doyl
Şerlok Holms kimi məntiq maşınının yaradıcısı, amma özü ruhlara inanan, asan aldanan biri idi. İki balaca qızın jurnaldan kəsib hazırladığı "pəri" şəkillərinə ("Kottinqli pəriləri") inanıb onların reallığını sübut etmək üçün kitab yazdı və var-dövlətini xərclədi.
30. Hans Kristian Andersen
Dahi nağılbaz, amma dözülməz bir şəxsiyyət idi. Klinik hipoxondrik idi (hər şeydən qorxurdu). Dikkensin evinə bir həftəlik qonaq gedib 5 həftə qaldı, hər gün ağlayıb ailəni bezdirdi. O gedəndə Dikkens qapıya "Burada Andersen yatıb, bizə 5 həftə əsrlər kimi gəldi" yazısını vurdu.
31. Tomas Micli (kiçik)
Ehtimal ki, planet tarixinə ən çox zərər vurmuş insan. Benzini səmərəli etmək üçün ona qurğuşun qatdı (bütün atmosferi zəhərlədi) və soyuducular üçün freon qazını tapdı (ozon qatını deşdi). Sonda öz ixtirası olan çarpayı mexanizmində boğulub öldü.
32. Entso Ferrari
Sürət əfsanəsi. Onun üçün insanlar deyil, maşınlar önəmli idi. Sürücülərə "sərfiyyat materialı" kimi baxırdı, onları qəsdən bir-biri ilə ölümünə rəqabətə itələyirdi. Ölənlərin dəfninə getməzdi.
33. Orson Uells
25 yaşında "Vətəndaş Keyn" kimi şahəsəri çəkən dahi, həm də özünü məhv etmə dahisi idi. Eqosu istedadından böyük idi. Heç bir filmi büdcə daxilində bitirmirdi, studiyaların pulunu Avropada xərcləyib yoxa çıxırdı və hamını uğursuzluqda günahlandırırdı.