#ASELSAN

ASELSAN Bakı şirkətinin fəaliyyətə başlamasının 28-ci ildönümü qeyd olunur. Bu münasibətlə yayılan açıqlamada Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın “Bir millət, iki dövlət” prinsipi əsasında qətiyyətlə davam etdiriləcəyi bildirilib. Qeyd olunub ki, ASELSAN Bakı ötən 28 il ərzində müdafiə sənayesi sahəsində mühüm layihələrin həyata keçirilməsində fəal iştirak edib və iki ölkə arasında texnoloji tərəfdaşlığın güclənməsinə töhfə verib.

ASELSAN 2026-cı ildə inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi olan Çelik Kubbe sisteminin gücləndirilməsi və yayılması, yeni investisiyaların işə salınması və ixracın artırılması kimi prioritetlərlə yeni rekordlara hazırlaşır. ASELSAN-ın Baş direktoru Ahmet Akyol şirkətin 2025-ci ildəki fəaliyyəti və bu ilki hədəfləri barədə mühüm açıqlamalar verib. Şirkətin 2025-ci ildə 50 illiyini hər sahədə rekordlarla qeyd etdiyini bildirən Akyol bütün səylərinin millətin varlığı, rifahı, dövlətin və ordunun gücünə güc qatmaq üçün olduğunu vurğulayıb.

Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN, dəniz platformalarına güc qatan və dünya sularında özünü doğrultmuş SMASH (MUHAFIZ) Uzaqdan Komandalı Stabilləşdirilmiş Silah Sistemləri ailəsinə yeni texnoloji qabiliyyətlər qazandırır. Türkiyədə "MUHAFIZ" adı ilə tanınan bu sistemlər 30 mm, 25 mm və 12,7 mm kimi müxtəlif çaplı seçimləri ilə uzaqdan idarə olunan, yüksək dəqiqlikli müdafiə həlli kimi istifadəyə verilib. Sistem, lülədən asılı olmayaraq hərəkət edən həssas stabilləşdirici yönləndirici sayəsində ən çətin dəniz şəraitində və platforma hərəkət halında olarkən belə nişan xəttini hədəf üzərində sabit saxlaya bilir.

ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib ki, şirkətin 14 noyabr 1975-ci ildə Ankarada 4 nəfərlə başlayan fəaliyyəti bu gün, 50-ci ilində, 13 min nəfərlik böyük bir kollektivlə davam edir. Hazırda ASELSAN 25 ölkədə aktiv fəaliyyət göstərir və Anadolunun müxtəlif bölgələrində istehsal müəssisələrinə malikdir. Akyol qeyd edib ki, ASELSAN Borsa İstanbul-da bazar dəyəri 1 trilyon liraya çatan ilk Türkiyə şirkəti olub. Şirkət hazırda Türkiyənin ən dəyərli, Avropanın 8-ci, dünyanın isə 20-ci ən böyük müdafiə sənayesi şirkəti mövqeyindədir.

ASELSAN bu il çoxqatlı inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi ÇELİKKUBBE-nin tədarükünü intensiv şəkildə davam etdirəcək. Sistemin komponentlərindən biri olan EJDERHA Yüksək Güclü Elektromaqnit Qarşı Tədbir Sistemi də bu il istifadəyə veriləcək. ASELSAN-ın baş direktoru Ahmet Akyol SAHA İstanbul-un “SAHA Sohbet” proqramında çıxışı zamanı bildirib ki, ÇELİKKUBBE uzun illər ərzində formalaşmış radar, rabitə, naviqasiya, komanda-idarəetmə və elektron müharibə təcrübəsi üzərində qurulub. Sistemin əsasını ASELSAN tərəfindən hazırlanmış süni intellekt əsaslı proqram təminatı və hərbi 5G əsaslı şəbəkə təşkil edir.

Paris Eurosatory 2024 sərgisində ilk dəfə nümayiş etdirilən 8x8 platformaya inteqrasiya olunmuş KORKUT hava hücumundan müdafiə sistemi atış sınaqları zamanı hərəkətdə olan hədəfi uğurla zərərsizləşdirib. ASELSAN tərəfindən 8x8 taktiki təkərli zirehli platformaya inteqrasiya edilən KORKUT 140/35 Yaxın Mənzilli Hava Hücumundan Müdafiə Sistemi sınaq mərhələsini uğurla keçib. Sistem atış testləri zamanı hərəkət halında olan hədəf təyyarəni dəqiq atəşlə zərərsizləşdirib.

Türk müdafiə sənayesinin aparıcı şirkətlərindən olan ASELSAN son dövrlərdə əldə etdiyi ixrac nailiyyətləri ilə bu ili rekord göstəricilərlə başa vurmağa hazırlaşır. Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqlərindən biri sayılan “Defense News Top 100” siyahısında 42-ci yerdə qərarlaşan ASELSAN ilk 30-luğa daxil olmaq məqsədilə fəaliyyətini davam etdirir. Bu hədəfə çatmaqda yüksək əlavə dəyər yaradan ixrac mühüm rol oynayır.

Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN NATO-ya üzv olan bir ölkə ilə elektron müharibə sistemlərinin birbaşa satışı üzrə 410 milyon ABŞ dolları dəyərində ixrac müqaviləsi imzalayıb. ASELSAN, bu yeni iş münasibətini İctimaiyyət Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada elan edib. Açıqlamada bildirilib ki, NATO üzvü olan müştəri ilə elektron müharibə sistemlərinin birbaşa satışını nəzərdə tutan ixrac müqaviləsinin ümumi dəyəri 410 milyon ABŞ dollarıdır.

Baykar və ASELSAN tərəfindən milli imkanlarla inkişaf etdirilən qabaqcıl müdafiə texnologiyaları Aralıq dənizində həyata keçirilən kritik bir sınaqda bir daha özünü təsdiqlədi. “Mavi Vətən” konsepsiyası çərçivəsində Türkiyənin dənizdə birgə əməliyyat qabiliyyətini nümayiş etdirən test zamanı yüksək koordinasiya və dəqiqliklə icra edilmiş əməliyyat uğurla başa çatdı.

Türkiyənin laylı hava müdafiə sistemi “Çelik Kubbe”nin gücləndirilməsi məqsədilə yeni raket və hava müdafiə sistemlərinin kütləvi istehsalına dair ümumi dəyəri 6,5 milyard dollar olan müqavilələr imzalanıb. Müqavilələrin imzalanması mərasimi Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə 25 noyabrda HAVELSAN-ın ev sahibliyində keçirilib. Tədbirdə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor Haluk Görgün, idarə rəisinin müavini Hüseyn Avşar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Roketsan-ın baş direktoru Murat İkinci, Türk Silahlı Qüvvələrinin nümayəndələri və müdafiə sənayesi təmsilçiləri iştirak ediblər.

ASELSAN, ölkə daxilində istifadə üçün medikal görüntüləmə sistemlərinin təminatı üzrə ümumi məbləği 26 milyon 70 min dollar olan müqavilə imzalayıb. ASELSAN, bu yeni iş münasibətini İctimaiyyət Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada elan edib. “ASELSAN, ölkə daxilində istifadə üçün medikal görüntüləmə sistemlərinin təminatı üzrə ümumi məbləği 26 milyon 70 min dollar olan müqavilə imzalamışdır. Söz konusu müqavilə çərçivəsində çatdırılmalar 2025 və 2027-ci illər arasında həyata keçiriləcək.” - deyə açıqlamada qeyd edilib.