Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#BMT
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Tamin əl-Xitan bildirib ki, İsrailin Livanla 2024-cü ilin noyabrında əldə etdiyi atəşkəsi pozması nəticəsində 114 mülki şəxs həlak olub. Əl-Xitan, Anadolu Agentliyinin “İsrail ordusu, atəşkəsə baxmayaraq Livanın cənubundakı dörd qəsəbədə bəzi məntəqələrə hücum təhdidi irəli sürərək, orada yaşayan sakinlərdən ərazini tərk etmələrini istəyib. Bu vəziyyəti necə qiymətləndirirsiniz, İsrailin bu addımını pisləyirsinizmi?” sualını yazılı şəkildə cavablandırıb.
İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və Təhlükəsizlik Şurasına müraciət edərək, ABŞ və İsrailin “beynəlxalq sülh və təhlükəsizliyə qarşı ciddi pozuntulara və cinayətlərə” görə məsuliyyətə cəlb olunması üçün tədbir görülməsini tələb edib. Əraqçi 2025-ci il noyabrın 11-də BMT Baş katibi Antoniu Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda BMT-ni həm ABŞ, həm də İsrail rejimi üçün cavabdehliyin təmin olunması istiqamətində lazımi addımlar atmağa çağırıb və bu cinayətləri törədənlərin ədalət qarşısına çıxarılmasının vacibliyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzadaki kövrək atəşkəsin dəfələrlə pozulmasına baxmayaraq, hələ də qüvvədə olduğunu bildirərək ikinci mərhələ danışıqları üçün yolun açılmasına çağırış edib. Quterreş bu fikirləri Nyu-Yorkdakı BMT Baş Qərargahında Afrika İttifaqı ilə BMT arasında keçirilən yüksək səviyyəli görüşdən sonra Afrika İttifaqı Komissiyasının sədri Mahmud Ali Yussuf ilə birgə mətbuat konfransında səsləndirib.
7-11 noyabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən BMT-Turizmin İcraiyyə Şurasının 124-cü və 125-ci sessiyalarında Azərbaycanın İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub.
Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində "Enerji Keçidi" mövzusunda tematik sessiyada çıxış edib.
Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Liderlər Sammitində çıxış edib.
İran Xarici İşlər Nazirliyi İsrail rejiminin Livanın müxtəlif bölgələrinə qarşı apardığı hərbi təcavüzü qətiyyətlə pisləyib. Cümə günü yayılan açıqlamada nazirlik Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq icma və regional ölkələrin işğalçı rejimin hərbi təcavüzünə qarşı durmaq və bu rejimi məsuliyyətə cəlb edib cəzalandırmaq öhdəliyini vurğulayıb. Nazirlik İsrail rejiminin toxunulmazlığı və genişlənmə siyasətinin regionda sülh və təhlükəsizlik üçün təhlükəli nəticələr doğuracağı barədə xəbərdarlıq edib.
Türkiyə, Suriya Prezidenti Əhməd əş-Şəraaya və Daxili İşlər Naziri Enes Hattabı BMT Təhlükəsizlik Şurasının müvafiq sanksiya siyahısından çıxaran 2799 (2025) saylı qərarı məmnuniyyətlə qarşıladığını açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli yazılı açıqlamasında bildirib ki, bu qərar Suriya hakimiyyəti və xalqı üzərində qalmış mənfi təsirlərin aradan qaldırılmasına, sanksiyaların tam ləğvinə, Suriyanın beynəlxalq cəmiyyətə inteqrasiyasına, həmçinin ölkədə davamlı sabitlik və inkişafın təmin olunmasına imkan yaradır. Türkiyə bu və bənzər addımları dəstəkləməyə davam edəcək.
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti Əhməd əş-Şəraaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Məlumata görə, o, bazar ertəsi günü Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.
Qətər Fondunun (QF) və “Education Above All” (EAA) Fondunun sədri, Əlahəzrət Şeyxa Moza bint Nasir, Dohada keçirilən II Sosial İnkişaf üzrə Dünya Sammiti çərçivəsində BMT Baş katibinin müavini Amina Məhəmməd ilə görüş keçirib. Görüş zamanı münaqişə zonalarında təhsilin qorunması, məktəbdən kənar qalan uşaqların sayının azaldılması istiqamətində BMT və EAA Fondunun həyata keçirdiyi layihələr müzakirə olunub.
ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi bəyan edib ki, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Vaşinqtonun Qəzza zolağı ilə bağlı təqdim etdiyi yeni qətnamə layihəsini dəstəkləyiblər. Məlumata görə, sənəd ikiillik keçid dövrü çərçivəsində Qəzzada beynəlxalq sabitləşdirmə qüvvəsinin yerləşdirilməsini və yeni idarəetmə orqanının — “Sülh Şurası”nın yaradılmasını nəzərdə tutur. Bu struktur vasitəsilə Qəzzaya nəzarətin HƏMAS-dan alınması və ərazinin tərksilah edilməsi planlaşdırılır.