Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    İnanc, Kimlik və Hüquq

    29 Noyabr 2025 09:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İnanc, Kimlik və Hüquq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq.

    Dövlətin hüquqi sisteminin xarakteri uzun bir tarixi prosesin nəticəsidir. Azərbaycan dövləti dünyəvi bir dövlətdir. Bunun əsas səbəblərinin obyektiv başa düşülməsi lazımdır. Bir ölkənin hüquqi sistemini onun siyasi, mədəni elitası müəyyən edər. Onların təhsili, yetişdiyi siyasi və hüquqi düşüncə buna təsir göstərir. XIX əsrin axırlarından başlayaraq Azərbaycan elitası daha çox Rusiya imperiyasının mərkəzi dairələrindən təsirlənərək getdikcə həyata baxış nöqteyi nəzərdən dünyəviləşdi. Yəni, dekabristlərdən, daha sonra kommunistlərdən, digər istlərdən təsirlənməyə başladı.

    Lakin xalq belə deyildi. Xalqın geniş kütlələrinə bu ziyalı burjua elitanın təsiri az idi. Xalq öz dünyasında yaşamağa davam edirdi. 1920-ci ilə qədər. Sovet işğalına qədər Azərbaycan xalqı daha dindar idi. Dininə və din xadimlərinə bağlılığı çox idi. Sovet höküməti bunun axırına çıxmaq üçün mərhələli hərəkət etdi. İlk əvvəl təbliğat, dinsiz olmağın vəzifə ilə falan şirnikləndirilməsi. Çox maraqlıdır ki, 1920-ci illərdə xalqı dinsiz olmağa təşviq edənlərin bir çoxu elə Sovet çarxı tərəfindən məhv edildi. Bu dövrdə həm də keyfiyyətli din xadimləri məhv edildi.

    Ona görə də xalqın azadlıq mübarizəsi də məhz sonralar daha çox Axundov xəttinin təsirində olan şəxslər tərəfindən həyata keçirildi. Məhz buna görə də bu günkü hüquqi reallıqların tarixi siyasi səbəbləri vardır. Ona görə də bunu bir reallıq olaraq qəbul etmək lazımdır. Xalqın düşüncə, iqtisadi və hüquqi elitası ilə xalqın düşüncələri 1920-ci ilə qədər olan kimi biri birindən ayrı deyildir. Toplum hüquqi sistem məsələsində konsensusa malikdir.

    Bu artıq bir reallıqdır. Bu reallıqla dalaşmaq ağılsızlıqdır. Reallıqlar isə ancaq mədəni və elmi təbliğlə uzun müddətdə keyfiyyətli şəkildə dəyişə bilir. Bunlar Allahın kitabında da öz təsbitini tapmışdır. Mən məhz ona görə yazırdım ki, "siyasi islamçılıq" mövcud halı ilə süqut edibdir. Doğrudur, bizim ölkəmizdə bunun üçün heç zəmin də olmayıbdır. Olan ölkələrdə qlobal iqtisadi maliyyə nəhənginin təsiri ilə artıq "siyasi islamçı"ların bir çoxu sadəcə kapitalistdir. İdealist qismi isə həmin o kapitalistlərinin ianələrinə möhtac hala gətirilmiş ölüb getməkdə olan bir nəsildir.

    Niyə belə uzun gəldim? Bayaq baxıram medialarımız QARA CÜMƏ endirimlərini veribdir. Cümənin qara elan edilməsi əlbəttə bir inanclı insan olaraq məni incidir. Lakin ictimai təpki nə üçün yoxdur. Onun səbəbidir bu yazı. Çünki 1828-ci ildən başlanan bir yol bizim tariximiz ilə aramızı çox ayırdı. Lakin artıq ortada bir reallıq vardır. O reallıq isə ancaq tarixi yaddaşın özündə izlərini daşıyan imanlı insanların dinini və kimliyini düz yaşayıb onu mədəni və elmi təbliğ etməklə dəyişə bilər.

    #Azərbaycan #Rusiya #SSRİ #Qara Cümə #hüquqi sistemin tarixi formalaşması #dünyəvi dövlət anlayışı #siyasi və mədəni elita #Rusiya imperiyasının təsiri #sovet işğalı dövrü #dini dəyərlərin zəifləməsi #din xadimlərinin təqibi #cəmiyyət və hüquqi şüur #siyasi islamçılığın tənəzzülü #qloballaşmanın təsiri #dini kimlik və mədəni yaddaş #ictimai dəyərlər sistemi #Qara Cümə fenomeni #dini hissiyyat və ictimai reaksiya #tarixi yaddaşın bərpası #modernləşmə və dünyəviləşmə #burjua ziyalılarının təsiri #xalq və elita arasındakı fərqlər #dini-mədəni transformasiya #hüquqi reallıqların formalaşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    2 Sentyabr 2026 19:03

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    2 Sentyabr 2026 16:08

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    2 Sentyabr 2026 15:50

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.