#Rusiya

ABŞ-ın Suriyadakı kürd silahlı qüvvələrinə verdiyi dəstəkdən imtina etməsi dəyişən hərbi-operativ şəraitin situativ nəticəsidirmi, yoxsa biz daha dərin strateji transformasiyanın şahidi oluruq - yəni Vaşinqtonun münaqişələri vasitəçi (proksi) modellə idarəetmədən imtina edib, Yaxın Şərqdə dövlət iyerarxiyasını bərpa etməyə, qeyri-rəsmi güc mərkəzlərini ləğv etməyə yönəlməsi?

Qazaxıstan 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığından “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının nəticələrini gözləyir. Bunu Qazaxıstanın Nəqliyyat Naziri Nurlan Sauranbayev Astanada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, tədqiqat materialları daxili razılaşma çərçivəsində laborator müayinə üçün Azərbaycan və Rusiyaya təqdim olunub.

NATO Baş Katibi Mark Rutte İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Avropa özünü müdafiə edə bilərmi?” adlı paneldə çıxış edərək, Qrenland məsələsinin dostane şəkildə həll edilməli olduğunu, lakin əsas problemin Ukrayna olduğunu bildirib. Rutte çıxışında deyib ki, Ukrayna bir nömrəli prioritet olmalıdır, çünki bu, həm Avropanın, həm də ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. O, həmçinin Qrenland məsələsində arxa planda işlədiyini, lakin bunu ictimaiyyətə açıqlaya bilmədiyini vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff 22 yanvar tarixində Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək. Uitkoff bildirib ki, o, Rusiyaya səfərini ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə birlikdə həyata keçirəcək. Görüşün detalları açıqlanmasa da, tərəflər arasında müzakirələrin qapalı formatda aparılacağı gözlənilir.

Tarix boyu Rusiya imperiyası, Sovet İttifaqı və müasir Rusiya Federasiyası müxtəlif dövrlərdə onlarla xalqa, dövlətdə və etnik qrupa qarşı həyata keçirdiyi zorakılıqlar, hərbi müdaxilələr və insanlıq əleyhinə cinayətlərlə yadda qalıb. Qafqazda etnik təmizləmələrdən tutmuş Şərqi Avropada işğallara, Orta Asiyada zorla köçürmələrdən tutmuş Yaxın Şərqdə qanlı müdaxilələrə qədər uzanan bu tarix, təkcə siyasi məqsədlərlə deyil, həm də imperiya zehniyyətinin davamı olaraq həyata keçirilib.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Rusiya dəri məhsulları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 70 milyon 75 min 18 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Rusiya dəri məhsulları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz azalaraq, 3 milyon 428 min 57 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 445 milyon 58 min dollara bərabər olub.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,1 faiz azalaraq, 248 milyon 758 min 21 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Rusiyaya elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz azalaraq, 21 milyon 417 min 84 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 17 milyard 731 milyon 750 min dollara bərabər olub.

İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli kanallar vasitəsilə bir-birinə qarşı hücum etməmək barədə razılaşma əldə ediblər. Məlumata görə, İranda dekabrın sonlarında başlayan etirazlardan bir neçə gün əvvəl İsrail rəsmiləri Rusiya kanalı vasitəsilə Tehrana mesaj göndərərək bildiriblər ki, İsrail ilk hücuma məruz qalmadığı halda İrana zərbə endirməyəcək. İran tərəfi də eyni kanalla cavab verərək, hücumdan çəkinəcəyini bildirib.