Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Rusiyadan və Qazaxıstandan beynəlxalq axtarışa verilmiş daha 3 nəfər Azərbaycana ekstradisiya edildi

    19 Yanvar 2026 17:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rusiyadan və Qazaxıstandan beynəlxalq axtarışa verilmiş daha 3 nəfər Azərbaycana ekstradisiya edildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs ölkəmizə ekstradisiya edilib.

    AzerVoice xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ruad Yaşar oğlu, Əsgərov Xəyal Rasim oğlu və Əyyubov Zaur Əyyub oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilmişdir.

    Belə ki, Məmmədov Ruad Yaşar oğlu və Əsgərov Xəyal Rasim oğlunun külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilmiş və ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa verilmişlər. Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilmişlər.

    Eyni zamanda, Yasamal rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Əyyubov Zaur Əyyub oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilmiş, Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilmişdir.

    #Qazaxıstan #Rusiya #Baş Prokurorluq #Ekstradisiya #Beynəlxalq axtarış #təqsirləndirilən şəxs #beynəlxalq hüquqi yardım #cinayət təqibi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

    1 Sentyabr 2026 16:39

    Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

    1 Sentyabr 2026 13:01

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    1 Sentyabr 2026 12:34

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    1 Sentyabr 2026 12:18

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    1 Sentyabr 2026 11:53

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    31 Avqust 2026 12:28

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

    28 Avqust 2026 16:32
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.