2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Rusiyaya xalça ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azalaraq, 22 milyon 540 min 46 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Rusiyaya xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq, 2 milyon 494 min 72 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.
#Rusiya
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planlarına gözlənilməz reaksiya verib. Rusiyanın "İnterfaks" agentliyinə danışan Medvedyev Qrenlandiya sakinlərinin Rusiyaya birləşmək üçün səs verə biləcəyini iddia edib. Rusiya eks-prezidenti Donald Trampın Arktikada yerləşən bu nəhəng adanı ABŞ-a birləşdirmək üçün tələsməli olduğunu vurğulayıb.
Böyük Britaniya həm Çin və Rusiyanın bölgədə artan təsirinə qarşı durmaq, həm də adanı ələ keçirmək istəyən ABŞ-ı bu fikrindən daşındırmaq məqsədilə Qrenlandiyaya hərbi qüvvə göndərməyə hazırlaşır. Rəsmi London bu planı artıq avropalı müttəfiqləri ilə müzakirə etməyə başlayıb. Çin və Rusiyanın Arktika bölgəsindəki varlığını ciddi təhdid hesab edən Britaniya rəhbərliyi adanın müdafiəsini təmin etmək üçün Fransa və Almaniya ilə danışıqlar aparır.
2026-cı il yanvarın 7-də ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerini ələ keçirməsi sadəcə diplomatik qalmaqal deyil. Bu hadisə beynəlxalq nizamın yeni mərhələyə keçdiyini, burada hüquqla güc arasında tarazlığın pozulduğunu və İkinci Dünya müharibəsindən bəri ilk dəfə qlobal dəniz hüququnun sınağa çəkildiyini göstərir. Bir baxışda bu, sanki hüquqi səlahiyyətlərlə sanksiya siyasəti arasındakı ziddiyyət təsiri bağışlayır. Amma əslində söhbət ABŞ hegemonluğunun sərhədlərinin yoxlanılmasından, Rusiyanın isə öz bayrağını yalnız rəmzi deyil, həm də institusional səviyyədə qorumaq gücündən gedir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Rusiya və Ukrayna liderləri ilə birbaşa dialoq qurmaq imkanına malik olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyə həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə birbaşa ünsiyyət qura bilən nadir aktorlardan biridir. Ərdoğan bu mövqeyini hər iki liderə dəfələrlə açıq şəkildə çatdırdığını vurğulayıb. Türkiyə lideri eyni zamanda yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampla Ukrayna münaqişəsinin nizamlanması üzrə planı müzakirə etməyi planlaşdırdığını bildirib.
OPEC+ ölkələri artan siyasi və geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, neft hasilatını sabit saxlamaq barədə prinsipial razılığa gəlib. Səkkiz əsas üzv — Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, Qazaxıstan, Küveyt, İraq, Əlcəzair və Oman dünya neftinin yarısını hasil edir. Qrup 2025-ci ilin aprel–dekabr aylarında hasilatı gündəlik 2,9 milyon barel artırsa da, noyabrda əlavə artımı dayandırmaq qərarına gəlib.
Rusiya ilə Ukrayna arasındakı müharibə son aylarda Qara dənizdəki ticarəti təhdid altında qoymaqdadır. Bu münaqişənin bir an əvvəl sülhlə başa çatması bizim səmimi arzumuzdur. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində 2025-ci il ixrac statistikası ilə bağlı çıxışı zamanı bildirib.
On ildən artıq bir müddətdə Nikolas Maduro Latın Amerikasının ən dərin siyasi, sosial və iqtisadi böhranlarından birinə rəhbərlik edir. O, 2013-cü ildə Uqo Çavesdən prezidentliyi təhvil aldıqda Venesuela hələ də inqilab dilindən, sosial transformasiya vədlərindən bəslənirdi. Amma bu gün ölkə repressiya, kütləvi miqrasiya və dövlət institutlarının çökməsi ilə üzləşib. Buna baxmayaraq, Maduro hakimiyyətdə qalır. Bəs cazibəsi olmayan, iqtisadiyyatı çökmüş bir ölkəni idarə edən bir liderin hakimiyyətdə qalmasının sirri nədir? Cavab populist performansın, avtoritar nəzarətin və praqmatik uyğunlaşmanın qarışığında gizlənir.
Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclası keçirilmişdir.
1922-ci il dekabrın 30-da inqilabdan sonrakı Rusiyada Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradıldı. Yeni dövlət Rusiyanın, Belarusiyanın, Ukraynanın və Zaqafqaziya Federasiyasının (1936-cı ildə Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarına bölünüb) konfederasiyası əsasında formalaşdı. Sovet İttifaqı kimi tanınan bu kommunist dövlət Rusiya imperiyasının varisi və dünyada marksist sosializm ideologiyası üzərində qurulan ilk ölkə oldu.
2025-ci ilin yanvar- noyabr aylarında Rusiyadan Türk limanlarına 3 milyon 298 min 685 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan Türkiyə limanlarına 469 min 927 ton yük daşınıb. “Bu ilin yanvar- noyabr aylarında Rusiyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 2 milyon 369 min 450 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin ile telefon danışığı aparıb. Bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb